“Yuventus”un prezidenti Andrea Anyelli koronavirus pandemiyası zamanı bəzi futbolçularının hərəkətindən narazı qalıb.
Qol.az “Daily Mail” nəşrinə istinadən yazır ki, Sami Xedira, Miralem Pyaniç, Duqlas Kosta və Qonsalo İquain evə qayıtmaq üçün razılıq alıblar. Klub onları vətənlərinə xüsusi təyyarədə göndərib. Bildirilir ki, “Yuventus” ağır mərhələdə kimin Turində qaldığını, kimin isə qalmadığını unutmayacaq.
Anyelli xüsusən koronavirusa yoluxan Paulo Dibalanın İtaliyada qalmaq qərarını yüksək qiymətləndirib. Məlumata görə, bu fakt futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlarda müsbət rol oynaya bilər. İquain, Kosta, Pyaniç və Xediraya gəlincə, onların mövqeləri zəifləyir. Klub rəhbərliyi onların çətin zamanda təcili geri qayıtmasından məyus olub.
Əsasən Duqlas Kostanın davranışı xoş olmayıb. O, İnstaqramda sevgilisi Natalia Felikslə velosiped sürdüyünun, həmçinin hovuzdan fotolarını yayımlayıb. İquanin vəziyyətini isə klub anlayışla qəbul edə bilər. Çünki futbolçu Argentinada xəstə olan anasına baş çəkməyə gedib. "Yuventus"da həm də ona qəzəblidirlər ki, bəzi oyunçular qayıdandan dərhal sonra komanda tam heyətlə məşq edə bilməyəcək. Çünki hazırda xaricdə olan futbolçular İtaliyaya gələrkən 15 gün təcrid vəziyyətində qalmalı olacaqlar.
Hazırda Portuqaliyada olan Kriştiano Ronaldoya gəlincə, bununla bağlı klubda fikirlər fərqlidir. Qeyd edilir ki, digərlərindən fərqli olaraq, Ronaldo vətəninə qayıtdıqdan sonra beynəlxalq uçuçlara qadağa qoyulub və o, geri dönə bilməyib.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun