Azərbaycan Premyer Liqasının bərpa vaxtı uzadıldı

Azərbaycan Premyer Liqasının bərpa vaxtı uzadıldı
ÖLKƏ FUTBOLU 18 Mart 2020 / 14:01 3709
-  A +

Azərbaycan Premyer Liqası və birinci divizionunda yaranan fasilənin müddəti uzadılıb.

Qol.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
 
Məlumatda bildirilib ki, bu addım dünyada geniş yayılmış koronavirus pandemiyasına səbəbindən atılıb. İnfeksiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli işlər görülür. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq edilən xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda  kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub.
 
Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın  göstərişini rəhbər tutan PFL öncə 2 turu təxirə salınan Premyer Liqa və 1 turu oynanılmaması qərarlaşdırılan birinci divizionun bərpasını aprelin 14-dək uzadıb. 
 
Əgər həmin tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcək və yarışların bərpa tarixini açıqlayacaq.
 
UEFA bir gün öncə keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını tövsiyə edib. PFL-in açıqlamasında bildirilib ki, bu tarix Azərbaycan Premyer Liqası və birinci divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti tur aprelin 4-5-də keçirilməli idi.
 

Daha çox


Son xəbərlər
05.04.20  13:43

Yazıq “Liverpul”