"Barselona" rəhbərliyini istefaya çağırdı - "Mafiya..."

"Barselona" rəhbərliyini istefaya çağırdı - "Mafiya..."
DÜNYA FUTBOLU 18 Fevral 2020 / 16:17 4038
-  A +

"Barselona"nın sabiq prezidenti Xoan Laporta klubun hazırkı rəhbərliyini istefaya çağırıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisinin  rəhbərliyin imicini qorumaq və futbolçuları tənqid etmək üçün şirkət işə götürməsi barədə xəbərlər yayıldıqdan sonra bu barədə bildirib:

"Klubun bu cür mafiya metodlarından istifadə etməsi acınacaqladır. Bu, onların səriştəsizliyini bir daha təsdiqləyir. Rəhbərlik hazırda təlaşdadır və hər şeyi gizlətməyə çalışır. Onlar istefa verməlidir".

Xatırladaq ki, "Barselona" nümayəndələri isə 1 milyon avroya bir şirkətin işə götürülməsi faktını təsdiqləyib. Ancaq həmin şirkətin sosial şəbəklərdəki bu cür fəaliyyəti rədd olunub. Klub rəsmi saytı vasitəsi ilə İspaniya mətbuatından bu yanlış məlumata görə üzr istəməyi və məlumatı təkzib etməyi tələb edib. Klub əks təqdirdə, məhkəməyə müraciət edəcəyini açıqlayıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi