Fiqo Ronaldonun yazdığını "kopi-past” etdi

Fiqo Ronaldonun yazdığını "kopi-past” etdi
ÖLKƏ FUTBOLU 28 Yanvar 2020 / 15:59 4134
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun əfsanəvi basketbolçu Kobe Brayantın ölümü ilə əlaqədar "Tvitter"dəki paylaşımından sonra ilginc detal ortaya çıxıb.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçunun həmyerlisi olan sabiq futbolçu Luiş Fiqo onun tvitini paylaşıb.

Ronaldo "Tvitter" hesabında yazıb: "Kobe və qızı Qiannanın ölümünə görə çox kədərlənirəm. Kobe əsl əfsanə idi və çoxlarına ilham vermiçdi. Ailəsi, dostları qəzada həlak olan insansanlara başsağlığı verirəm. Hüzur içində yat, əfsanə".

Bu tvitdən sonra L.Fiqo Brayantın ölümü ilə əlaqədar paylaşım edib. O, paylaşımında Ronaldonun yazdığı sözlərə yer verib,  ancaq fərqli şəkil paylaşıb.

Daha çox


Son xəbərlər