“Zirə”nin yeni transferi Yovan Krnetanın klubun rəsmi saytına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir.
- Yovan, yenidən səni “Zirə”də görmək xoşdu. Evinə xoş gəlmisən. “Zirə”də olmadığın bir il yarım müddətdə də azarkeşlər də səni unutmamışdı. Sosial şəbəkələrdə də tez-tez yenidən səni komandada görmək istədiklərini bildirirdilər. Bununla bağlı nə deyə bilərsən?
- Bunu eşitmək çox xoşdur. Təbii ki, 3 il “Zirə”nin şərəfini qorumuşam. “Zirə”nin ilk Premyer Liqa və avrokubok oyunlarında heyətdə olmuşam. “Zirə”nin ilkləri mənim üçün də ilklərlə yadda qalıb. 3 ili yüksək dəyərləndirirəm. Fikrimcə, azarkeşlər də bu müddəti yüksək dəyərləndirir. Mənə elə gəlir ki, onlara legioner futbolçular həmişə maraqlı olur. Çünki yerli futbolçuları kifayət qədər yaxşı tanıyırlar, amma bir legioner futbolçunun Azərbaycanda 3 il çıxış etməyi onlarda da maraq doğurur. İnanıram ki, yenidən komandaya kömək edə biləcəyəm. Çox istərdim ki, azarkeşlər oyunlarımıza gəlib bizi dəstəkləsinlər. Bizim onlarınn dəstəyinə ehtiyacımız var. Onların varlığı bizə güc verir və bizi daha mübariz komandaya çevirir.
- İlk olaraq, qış toplanışı ilə bağlı fikirlərini bilmək maraqlı olardı...
- Demək olar ki, toplanışın ilk günlərindən komanda ilə birlikdəyəm. Hazırlığın ən yaxşı tərəflərindən biri o oldu ki, son iki yoxlama oyununda qələbə qazandıq. Hazırda çempionatın başlamasını səbrsizliklə gözləyirik.
- Sən əvvəl də “Zirə”də çıxış edəndə hazırkı baş məşqçi Zaur Həşimov da komandada idi. Onunla işləmək sənə nə dərəcədə rahatdır?
- Zaur müəllimin futbolçulardan nə istədiyini bilirəm. Qeyd etdiyiniz kimi daha əvvəl də bir yerdə çalışmışıq. Buna görə də onunla işləmək daha asandır. Buna baxmayaraq, üzərimdə bir az daha artıq məsuliyyət hiss edirəm. O, məni tanıdığına görə gözləntiləri də fərqlidir. Bu etimadı bacardığım qədər doğrultmağa çalışacağam.
- Sənin ilk dəfə “Zirə”də birlikdə oynadığın futbolçuların əksəriyyəti artıq komandada yoxdur. Yeni kollektivə uyğunlaşma necə gedir?
- Əvvəlki heyətdən Tellur Mütəllimov və İlkin Muradov qalıb. Amma istənilən halda uyğunlaşma asan olmur. Komandada olan həm yerli, həm də legioner futbolçuların hamısı mənim üçün yeni simalardır. Düşünürəm ki, əgər məşqlərdə, oyunlarda özümüzü yaxşı göstərə bilsək, uyğunlaşma prosesi heç də çətin olmayacaq.
- Qarşıda bizi iki dövrə gözləyir. Vaxtilə “Zirə”nin heyətində avrokuboklarda çıxış etmiş futbolçu kimi komandamızı yenidən qitə səhnəsində görə biləcəyikmi?
- Növbəti oyunlara yaxşı köklənmək lazımdır. Nəzərə alsaq ki, qarşıda 3-4 ay vaxtımız qalıb. Bilirəm ki, avroliqaya gedən yollar həm çempionatdan, həm də kubokdan keçir. Amma təbii ki, çempionata önəm verməklə yanaşı kubok oyunlarında da özümüzü ən yaxşı tərəfdən göstərməliyik.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı