"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində "Akademiya Klinçeni" ilə 2:2 hesabı ilə heç-heçə etdikləri ilk yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.
- İlk oyunumuz idi. Əlbəttə ki, bu gün futbolçularımızdan çox şey tələb edə bilmərik. Allaha şükürlər olsun, hər şey tam qaydasında oldu. Futbolçular yorğun olmalarına baxmayaraq hər iki komanda çox sürətli oyun göstərdi. Meydanda yaxşı mübarizə oldu. Təbii ki, belə matçlarda nəticəyə oynamaq da çox vacibdir. 1:2 hesabı ilə məğlub olurduq. Son dəqiqələr idi. Futbolçular qol vurmaq üçün çox istəkli idilər. Sonda 2:2 hesablı bərabərlik oldu. Əlbəttə ki, bu, hazırlığımızın hələ ilk hissəsidir. İkinci hissə qalıb, sonra isə çempionat başlayır. Hələ işimiz çoxdur.
- Transfer pəncərəsi bağlananadək sizi nə vaxt görsək, bu məsələ ilə bağlı sual verəcəyik. Yeni transfer gözlənilir?
- Bəli, 1 futbolçu var idi, amma "yox" dedilər. Açığı, demək olar ki, hər şey həll olunmuşdu. Son anda "yox" cavabı gəldi. Həm klubla, həm də futbolçunun özü ilə razılıq əldə olunmuşdu. Ümumiyyətlə, bilmirəm ki, bu, futbolçuların öz düşüncələrdidir, yoxsa ailələri imkan vermir, ölkədən çıxıb, Azərbaycana gəlmirlər. Dedilər ki, ailəsi icazə vermədi. İlk dəfə bu ölkəyə gələcəkdilər. Ona görə ehtiyat etdilər. 2 gün əvvəl mənfi cavab gəldi. Amma digər variantlar var. Ola bilər ki, yaxın günlərdə 1 futbolçu alaq. Başqa bir cavab gəlməsə, ehtimal var.
- Həmin oyunçu hansı mövqedə oynayırdı?
- Yarımmüdafiəçi idi.
- Komandaya bir neçə gənc futbolçu gətirmisiniz. Bu gün "Qarabağ"ın ikinci qolunu da həmin oyunçulardan biri vurdu. Ümumiyyətlə, gənc oyunçularla bağlı fikirləriniz necədir?Onların komandaya uyğunlaşma mərhələsi ilə bağlı fikirlərinizi bilmək istəyərdik.
- Biz bu gün onlara gənc futbolçu gözü ilə baxırıq. Amma həmin futbolçular demək olar ki, ən azı 2 ildir komanda ilə hazırlıq proseslərində, Bakıdakı məşqlərimizdə iştirak edirlər. Tam bizim nəzarətimiz altındadırlar. Uyğunlaşma cəhətdən onlar üçün bir o qədər də problem olmayacaq. Sadəcə bu komandadan tələblər çoxdur. Əvvəllər də fikirlərimdə qeyd etmişdim ki, birdən-birə 3-4 gənc futbolçunu heyətə buraxmaq risk olar. Bəli, ola bilər ki, 2-3 il sonra biz daha çox faydasını görək. Amma hər halda onları tələsmədən, yavaş-yavaş hazırlayırıq. Yəni, potensialları var.
- Bayaq transferlə bağlı qeyd etdiniz. Almaq istədiyiniz oyunçuların siyahısında yerli futbolçu varmı və yaxud yayda belə bir şey gözlənilirmi?
- Nəzarətimizdə olan bir neçə oyunçu var. Ola bilər ki, may ayında belə bir addım ataq. Amma dediyim kimi, bizdən asılı olmayan şeylər var. Bir neçə yerli futbolçu var, hansı ki, daim nəzarətimizdədir. Vaxtı gələndə o addımı atacağıq.
Bizi Feysbukda da izləyin!
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord