Bu dəfə "Zlatan"ın ayağını kəsdilər

Bu dəfə "Zlatan"ın ayağını kəsdilər
DÜNYA FUTBOLU 13 Dekabr 2019 / 15:16 3128
-  A +

İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin Malmödə şərəfinə ucaldılan heykəli yenidən vandalizmə məruz qalıb.

Qol.az xəbər verir ki, bir neçə şəxs heykələ üç dəfə hücum edib və  mişarla "İbrahimoviç"in ayağını kəsməyə çalışıblar.

Malmö Polis Bölməsindən İsveç mətbuatına açıqlamada heykəlin hər iki ayağının müəyyən qədər kəsildiyi və onun aşma təhlükəsi olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma başlanıb.

Xatırladaq ki, Zlatanın  "Hammarbü" klubunun səhmlərinin 50 faizini alması və "Skandinaviyanın ən yaxşı klubu olacağıq" ifadəsini işlətməsi onun yetirməsi olduğu ölkənin digər klubu “Malmö” azarkeşlərinin qəzəbinə tuş gəlib. Onlar bir neçə gün əvvəl Zlatanın heykəlini yandırmağa cəhd göstərmişdi. Budəfəki insidenti də "Malmö" azarkeşlərinin törətdiyi güman olunur. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi