"Neftçi"nin braziliyalı hücumçusu Dario Federiko Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Çətin səfər oyunu idi. Buna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, ağır olacaq. Gözəl oyun nümayiş etdirdik. İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bu görüşdə qalib gəlməklə liderlə xal fərqini 6-ya endirdik. Bununla da göstərmək istədik ki, sona qədər çempionluq uğrunda mübarizə aparacağıq.
- "Neftçi" hazırda "Qarabağ"ı ötəcək gücdədirmi?
- Əlbəttə, "Neftçi" kifayət qədər potensiala sahib komandadır. Hər mövqedə güclü oyunçularımız var. Komandada böyük rəqabət var. Bu da bizə özünü daha yaxşı tərəfdən göstərməyə kömək edir. Sadəcə olaraq, yada salmaq istəyirəm ki, ötən il bu vaxtla indini müqayisə etsək, "Qarabağ"dan 5 xal üstünlüyümüz vardı. Qış fasiləsindən sonra isə "Qarabağ" bu fərqi aradan qaldıraraq çempionluğu qazandı. Bizdə də bu il hər şey ola bilər. Sona qədər mübarizə aparacağıq.
- Yayda komandaya qayıdandan sonra xüsusən avrokubokda göstərdiyiniz oyuna görə düşünürdük ki, "Neftçi"nin liderlərindən olacaqsınız. Amma ehtiyyatda qalırsınız. Bunun səbəbi nədir? Azarkeşlər də bu vəziyyətdən narazıdır.
- Komandaya xeyrim dəymir deməzdim. Bəzən qarşılaşmalar var ki, oyunun istədiyin kimi alınmır. Bəzi matçlarda da oyunun yaxşı alınmasa belə, komandanın qələbə qazanmasında hər hansısa bir payın, köməyin olur. Mənim üçün də əsas olan komandamın nəticəsidir. Bunun üçün çalışıram.
- Ötən qış gözlənilmədən "Neftçi"ni tərk etdiniz. Bu dəfə də ehtiyyatda qalırsınız. Eyni hal baş verə bilər?
- Futbol dinamik bir oyundur. Bütün dünyada belədir ki, futbolçuya maddi tərəfdən yaxşı təklif gələndə dəyərləndirmək istəyir. Ötən il də belə bir şey oldu. Mən də bunu dəyərləndirmək istədim və getdim.
- Çempionatda fasilə yaransa da, qarşıda kubok oyunları var. Mövsümün elə vaxtıdır ki, bu ərəfələrdə legionerlər tətil əhval-ruhiyyəsində olurlar. Bu məqam "Sumqayıt"la oyunlarda köklənmə baxımından hər hansı bir problem yarada bilərmi?
- Hərə özünə görə cavabdeh ola bilər. Mən düşünürəm ki, biz peşəkar klubun oyunçusuyuq. Son görüşə kimi peşəkar davranıb, hər bir matça ciddi yanaşmalıyıq. Oyunlar bitdikdən, növbəti mərhələyə yüksəldikdən sonra, tətil haqda düşünəcəyik.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu