"Mərhələni keçməyə layiq olduğumuzu göstərdik" - APOEL-in kapitanı

"Mərhələni keçməyə layiq olduğumuzu göstərdik" - <b style="color:red"> APOEL-in kapitanı</b>
XƏBƏR 8 Noyabr 2019 / 10:10 2292
-  A +

"İkinci hissədə möhtəşəm oynadıq. Komanda yoldaşlarımı təbrik edirəm. Qələbənin mərhələ adlamaq üçün nə qədər önəmli olduğunu bilirdik".

Qol.az xəbər verir ki, bu sözləri APOEL-in kapitanı Nikolas İoannu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la ev oyunundan (2:1) sonra deyib.

Qələbəni şərh edən kiprli müdafiəçi "Qarabağ" haqda müsbət fikirlər səsləndirməklə yanaşı mərhələni keçməyə layiq olduqlarını da bildirib:

"Hələ heç bir şey bitməyib. "Qarabağ" bizim işimizi çox çətinləşdirdi. Rəqib çox yaxşı komandadır. Bu rəqiblə oynadığımız dörd oyun bərabər səviyyədə keçib. Ancaq bu oyunlarda mərhələ keçməyə və qalib gəlməyə layiq olduğumuzu göstərdik. "Düdelanj" bizi Kiprdə məğlub edib. Ona görə də səfərdə son dərəcə diqqətli olmalıyıq".

Bizi İnstaqramda da izləyin!
 

Daha çox


Son xəbərlər
16.11.19  22:52

Millimiz Uelsə uduzdu