"Qarabağ" APOEL-ə uduzdu

"Qarabağ" APOEL-ə uduzdu
ÖLKƏ FUTBOLU 7 Noyabr 2019 / 23:48 16224
-  A +

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.

Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşıb.

Qurban Qurbanovun komandası hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Nikosiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bununla da APOEL xalını 4-ə çatdırıb və şəxsi göstəricidə "Qarabağ"ı üstələyərək 2-ci pilləni ələ keçirib.

Bu, “Qarabağ”ın APOEL-lə  mövsümdə 4-cü oyunudur. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.

A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) 5:2 hesabı ilə qalib gəlib.


7 noyabr

Avropa Liqası

A qrupu
 
21:55. APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 2:1 
Qol:
Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), Efrem, 88 (2:1)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu

21:55. “Düdelanj” (Lüksemburq) - “Sevilya” (İspaniya) - 2:5 
Qollar:
Dabbur, 18 (0:1), Əl Həddadi 27  (0:2), 33 (0:3), Dabbur, 36 (0:4), Əl Həddadi, 67 (0:5), Sinani, 69 (1:5), 80 (2:5)


1.

Sevilya

4

4

0

0

12:2

12

2.

APOEL

4

1

1

2

7:8

4

3.

Qarabağ

4

1

1

2

7:8

4

4.

Düdelanj

4

1

0

3

7:15

3

 

Daha çox


Son xəbərlər
16.11.19  22:52

Millimiz Uelsə uduzdu