Prosineçki istefa verdi

Prosineçki istefa verdi
DÜNYA FUTBOLU 8 Sentyabr 2019 / 21:38 10343
-  A +

Bosniya və Hersoqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.

Qol.az xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsində bu gün Ermənistana uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.

Yığmamızın sabiq çalışdırıcısı İrəvandakı məğlubiyyətdə özünü günahlandırıb: “Mən milliyə Avropa çempionatına vəsiqə qazanmaq üçün gəlmişdim. Bütün şanslarımız tükənməsə də, məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm”.

Qeyd edək ki, 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olan Prosineçki ötən ilin yanvar ayından Bosniya və Hersoqovina millisini çalışdırırdı.  Onun komandası Avro-2020-nin seçmə mərhələsində 6 oyuna 7 xalla 4-cü pillədə qərarlaşıb.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi