Perulu futbolçu Alvaro Ampuero yeni klubu "Zirə"yə transferi barədə danışıb.
Qol.az xəbər verir ki, ölkəsinin futbolperuano.com saytına müsahibəsində o bildirib ki, Azərbaycan komandasına keçməklə bağlı hələ bir neçə ay əvvəl söhbət olub. 26 yaşlı müdafiəçisi deyib ki, danışıqlarda müəyyən müddət ləngimə yaranıb: “Mən Azərbaycan barədə heç nə bilmirdim. Sonradan çox şeyi öyrəndim”.
Alvaro Ampuero “Zirə”nin Perudakı sabiq klubu "Universidad San Martin"ə çox oxşadığını söyləyib: “Mən burada bir neçə məşqdə iştirak etmişəm. Səviyyə məni təəccübləndirib. “Zirə” yeni və yaxşı klubdur. Komandada şərait yaxşıdır. Klubda işlər səliqəli qurulub. “San Martin"ə bənzərliyi var. Hər hansı problem yoxdur. Yaxşı stadionlarının olduğunu da qeyd etməliyəm. Bir sözlə, belə şeylər yalnız Avropada olur, bir az da Cənubi Amerikada”.
Futbolçu baş məşqçisi Samir Abasovla münasibətləri haqda da danlşılb: “Məşqçi mənim bir çox videomu görüb. Ümumiyyətlə, bütün klub mənim karyerama bələddir. Məşqçi ilə danışmışam. O, məni bir neçə mövqedə yoxlayıb. İndi dəqiq hansı mövqedə çıxış edəcəyimi söyləyə bilmərəm”.
Alvaro Ampuero Peru millisinə mümkün dəvət haqda da danışıb: “Mən hazırda tanınan liqada deyiləm. Ona görə də bu, baş məşqçinin qərarına təsir edə bilər. İndi öz klubuma və Avropada bir neçə il qalmağa köklənmişəm”.
Qeyd edək ki, “Zirə” klubu ötən həftə Alvaro Ampueronu 1 illik icarəyə götürdüyünü açıqlayıb.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı