Bu gün dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanın yubileyidir.
Qol.az xəbər verir ki, 1960-ci ilin 30 oktyabrında Buenos Ayresdəki yoxsul bir ailədə doğulan argentinalının 60 yaşı tamam olur.
Peşəkar futbolçu karyerasına “Argentinos Xuniors” klubunda başlayan Maradona “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuelz Old Boyz”da da çıxış edib.
“Futbolun Tanrısı” adlandırılan Maradona karyerasına 1997-ci ildə “Boka Xuniors”da son qoyub. Klub karyerasında ümumilikdə 491 dəfə meydana çıxan Maradona 259 dəfə rəqib qapılarına yol tapıb.
O, 1977-1994-cü illərdə Argentina millisnin formasını geyinib. 91 dəfə milli komanda ilə meydana çıxan Dieqo 34 qol vurub. “Futbol Tanrısı” 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının qalibidir. Komandasının kapitanı olan Armando uğurda böyük pay sahibi olduğu üçün “Qızıl top” mükafatını da alıb.
Bundan başqa, Maradona “Napoli” ilə iki dəfə (1987, 1990) İtaliya çempionu olub.
Maradonanın karyerasında ən unudulmaz an isə 1986-cı ilin dünya çempionatının finalında Almaniyaya əllə vurduğu qoldur. Əfsanə özü həmin qolu “Tanrının əli” ilə vurulmuş qol adlandırmışdı.
Qeyd edək ki, 60 yaşlı mütəxəssis hazırda Argentinanın “Ximnasiya və Esqrima” klubunu çalışdırır.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?