Robinyo rəsmən “Santos”da - Ayına 230 avro maaş alacaq

Robinyo rəsmən “Santos”da -  Ayına 230 avro maaş alacaq
DÜNYA FUTBOLU 11 Oktyabr 2020 / 19:30 4748
-  A +

Bu yay Türkiyə çempionu “Başakşəhər”dən ayrılan Robinyonun yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, 36 yaşlı futbolçu yetirməsi olduğu “Santos”a qayıdıb.

Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. Təcrübəli hücumçu ilə 5 aylıq müqavilə imzalanıb. 2021-ci ilin fevralınadək davam edəcək sözləşmə müddətində braziliyalı forvard ayda 1500 Braziliya realı (təqribən 230 avro) maaş alacaq.

Qeyd edək ki, Robinyo peşəkar karyerasına 2002-ci ildə məhz "Santos”da başlayıb. O, bu komandada keçirdiyi 108 oyuna 47 qol vurub. Daha sonra hücumçu “Real”, “Mançester Siti”, “Milan” və "Başakşəhər"də çıxış edib. Robinyo “Santos”la iki dəfə Braziliya çempionu, habelə, Libertadores Kubokunun qalibi olub. O, Braziliya yığmasında 100-dən çox oyun keçirib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi