Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
[26.09.2011]

Anar Xanlarov

Azərbaycan Premyer Liqasının VII turu da bir çox mənada diqqət çəkməyi bacardı. “Rəvan” Premyer Liqa tarixində ilk qələbəsini qazandı. Özü də köhnə-yeni baş məşqçisinin rəhbərliyi altında. “Qarabağ” isə 3 ardıcıl uğursuz oyundan sonra çox kritik anda kritik 3 xalı götürə bildi. “Neftçi” də ard-arda ikinci qələbə ilə özünə gəlməyə başladı. “Sumqayıt Şəhər” isə artıq get-gedə aşkar audsayderə çevrilir. Diqqət çəkən məqam əcnəbi məşqçilərdən Mirça Rednikin uğurlu çıxışı, Adamsla Starkovun isə heç cürə relsə düşə bilməməsidir. Turun ümumi mənzərəsi isə bu cürdü:

“Turan” - “Rəvan”

Gözlənilənlər baş verdi. “Turan” futbolçuları azarkeşlərə söz verdikləri kimi, sonuncu dəfə meydançaya ayaq basdılar və oyun bitincə komanda olaraq, Tovuzu tərk etdilər. Baş məşqçi Əsgər Abdullayev də istefa verdi. Səbəb isə məlumdur: pul yoxdur və futbolçular oynamaq istəmirlər. Azərbaycanın ən köklü klublarından birinin göz görə-görə dağılması acı təəssüf doğurur. Bütün bunların fonunda “Rəvan”ın qələbə qazanması o qədər də təəccüblü görünmədi. Əlamətdar hadisə isə Vladislav Qədirovun “Rəvan”ın baş məşqçisi kimi ilk qələbəsini qazanması oldu. Bu, həm də “Rəvan”ın Premyer Liqada ilk qələbəsi kimi tarixə düşdü. Əslində bunu ədalətin təntənəsi kimi də qələmə vermək olar. Çünki “Rəvan”ı Premyer Liqaya məhz Vladislav Qədirov çıxarsa da, sonradan onu postundan kənarlaşdırmışdılar. Lakin Qədirov qayıtdı və ilk oyundaca özünü sübut etdi.

“Bakı” - “Neftçi”

Çempionluğu hədəfləyən klubların oyununda iki tərəfdən birinin qələbəsi mütləq idi. Çünki çempion olmaq istəyən komanda ilk növbədə bu yoldakı əsas rəqiblərini məğlub etməlidir. İki turluq uğursuzluğun ardında ötən tur “Qəbələ”ni məğlub edən “Neftçi” “Bakı”ya da analoji uğursuzluğu yaşatdı və turnir cədvəlində ikinci pilləyə yüksəldi. Belə demək mümkünsə, Böyükağa Hacıyev komandanı qismən toparlaya bildi. Onun “Bakı”lı həmkarı Aleksandr Starkov isə heç cürə bunu bacarmır. Latviyalı mütəxəssis yalnış seçim olduğunu növbəti dəfə sübut etdi. Onun komandasında nə sistem var, nə baxımlı oyun, nə də lazım olan nəticə. Heyətin özü də çox müəmmalıdır. Marius Verpakovskisin “Bakı” üçün lazımsız futbolçu olduğunu Starkovdan başqa hamı anlayıb və qəbul edib. Lakin latviyalı mütəxəssis israrla həmyerlisini oynatmaqda davam edir.

“Xəzər Lənkəran” - “Qəbələ”

“Xəzər Lənkəran” bu turu da qələbə ilə başa vurdu. Artıq demək olar ki, Mirça Rednikin komandası ard-arda lazımı qələbələri qazanmaqla əsas rəqiblərindən uzaqlaşmaqdadır. Əgər bir neçə tur da gedişat bu cür cərəyan etsə, o zaman lənkəranlılar ikinci pillədən bir qədər də uzaqlaşıb qızıl medallar uğrunda mübarizəni mənasızlaşdıra bilərlər. “Qəbələ” isə deyəsən, belə getsə, bu mövsüm də yüksək nəticə qazana bilməyəcək. Komanda artıq ard-arda ikinci oyununu da məğlub başa vurdu. Düzdür, rəqiblər “Neftçi” və “Xəzər Lənkəran” olub və qəbələlilər hər iki oyunu səfərdə keçiriblər. Lakin az öncə qeyd etdiyimiz kimi, çempionluğu hədəfləyən komanda evdə və səfərdə oynamasından aslı olmayaraq, əsas rəqiblərindən maksimum xal götürməlidir.

“Sumqayıt Şəhər” - “Simurq”

Yavaş-yavaş özünə gələn və heyətini gücləndirən “Simurq” ardıcıl olaraq, ikinci qələbəsini qazandı. Onlar bu dəfə səfərdə “Sumqayıt Şəhər”i məğlub etdilər. Serqey Yuranın komandasının bundan sonra daha yaxşı nəticələr qazanacağını gözləmək olar. Sumqayıt klubu isə artıq çempionatın aşkar autsayderinə çevrilməkdədir. Əgər onlar evdə elitada qalmaq uğrundakı rəqiblərindən olan “Simurq”a da uduzurlarsa, o zaman gələcək üçün nikbin heç nə görünmür.

AZAL - “Qarabağ”

Bu turda “Qarabağ” bir qədər təəccübləndi. Ard-arda 3 uğursuz turdan sonra Ağdam klubunun səfərdə AZAL kimi çətin komandanı bu cür asanlıqla məğlub edəcəyi bir qədər gözlənilməz oldu. Üstəlik, nəzərə alaq ki, komanda Rauf Əliyev kimi aparıcı futbolçusunun xidmətindən məhrum idi. Ancaq Raufun yoxluğunda Georgi Adamiya səhnəyə çıxdı və komandasının qələbəsində böyük pay sahibi oldu. Üstəlik zədə səbəbindən uzun müddətdir komandasına kömək edə bilməyən Vüqar Nadirovun da oyununu qeyd etmək lazımdır. “Qarabağ”ın vurulan hər üç qolunda Vüqarın əməyini mütləq vurğulamalıyıq.
Bu qələbə “Qarabağ”a hava və su kimi lazım idi. AZAL isə artıq yavaş-yavaş turnir cədvəlinin aşağılarına doğru gedir. Təsadüfi deyil ki, “Simurq” onlarla xallarını bərabərləşdirib. Maraqlı məqamlardan biri də AZAL azarkeşlərinin baş məşqçi Elxan Abdullayevi istefaya səsləməsi oldu.

“İnter” - “Kəpəz”

Mehman Allahverdiyev “Bakı”nın ardından səfərdə daha bir iddialı komandadan xal ala bildi. Deyəsən, təcrübəli mütəxəssis iddialı komandalara qarşı necə oynamağın yollarını yaxşı bilir. Hər halda Ceyhun Sultanov kimi aparıcı futbolçusunun olmamasına baxmayaraq, “İnter” kimi komandadan xal almağı gəncəlilərin aktivinə yazmaq olar. “İnter”ə gəlincə, ötən tur AZAL-la heç-heçə oynayan “bankirlər” bu dəfə növbəti xal itkisinə yol verərək liderlər qrupundan bir qədər uzaqlaşmalı oldular.

Anar XANLAROV,
Qol.Az saytı üçün

6576 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
26.08.2012  14:55 “Rəvan”dan ziddiyyətli qərarlar
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
13.08.2012  13:12 Biz niyə futbolsuz qalmalıyıq?
02.08.2012  13:18 Bərbad müdafiə, yanlış taktika
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
10.07.2012  16:50 “İnter”i tək qoymayın!
16.06.2012  17:20 Almaniya çempion olacaq!
08.06.2012  16:13 Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
07.05.2012  13:45 “Neftçi”, bəs, buna sözün nədir?
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
31.10.2011  10:13 “Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?