Rio Olimpiadasında sərbəst güləş yarışlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, bu gün iki güləşçimiz medallar uğrunda mübarizəyə qoşulub.
65 kq
London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının qalibi olan Toğrul Əsgərov yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. Rəqibini 12:2 hesabı ilə - vaxtından əvvəl məğlub edən Əsgərov 1/4 finala yüksəlib.
Bu mərhələdə Əsgərov ABŞ təmsilçisi Frenk Molinaro ilə qarşılaşıb. Amerikalı rəqibini vaxtından əvvəl - 10:0 hesabı ilə məğlub edən Əsgərov yarımfinala yüksəlib.
Finala gedən yolda olimpiya çempionumuz italiyalı Frank Çamiso ilə üz-üzə gəlib. Bu dəfə 7:4 hesabı ilə qələbə qazanan olimpiya çempionumuz finala vəsiqə qazanıb.
Əsgərov həlledici görüşdə rusiyalı Soslan Ramonova uduzaraq (0:10) gümüş medal qazanıb.
97 kq
Xetaq Qazyumov mübarizəyə 1/16 finaldan başlayıb. Güləşçimizin ilk rəqibi polşalı Radoslav Baran olub. 3:0 hesablı qələbə qazanan Qazyumov 1/8 finala adlayıb.
Bu mərhələdə onun rəqibi iranlı Reza Yazdani olub. Güləşçimiz rəqibini 2:1 hesabı ilə məğlub etməklə 1/4 finala yüksəlib.
Bu dəfə güləşçimizin rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. Rəqibini 10:3 hesabı ilə məğlub edən Qazyumov adını yarımfinala yazdırıb.
Finala gedən yolda Qazyumov ukraynalı Valeri Andreyçevlə qarşılaşıb. 11:0 hesablı - vaxtından əvvəl qələbə qazanan güləşçimiz finala yüksəlib.
Həlledici görüşdə güləşçimiz amerikalı Kayl Snayderə 1:2 hesabı ilə uduzub. Beləliklə, Toğrul Əsgərov kimi Xetaq Qazyumov da Rio olimpiadasında gümüş medal qazanıb.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı