Azərbaycandan "Rio-2016"da növbəti gümüş, Radomskaya müfakat qazana bilmədi

Azərbaycandan "Rio-2016"da növbəti gümüş, Radomskaya müfakat qazana bilmədi
OLİMPİYA-2016 18 Avqust 2016 / 17:09 11542
-  A +

Azərbaycan Rio-2016 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

Qol.az-ın xəbərinə görə, avarçəkən Valentin Demyanenko ikinci yeri tutaraq gümüş medala sahib olub.

V.Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə yarışıb. Həlledici mərhələ ukraynalı Yuri Çebanın qələbəsi ilə başa çatıb. O, finiş xəttini yeni Olimpiya rekordu - 39,279 saniyəyə qət edib. Həmyerlisindən 0,214 saniyə geri qalan kanoeçimiz gümüş medalla kifayətlənib.

***

Qeyd edək ki, bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir avarçəkənimiz - İnna Osipenko-Radomskaya finalda mübarizə aparıb. 
 
İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya bu dəfə 500 metr məsafədə yarışıb. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparıb və sonuncu yeri tutub. Bu yarışda birinci yeri macar D.Kozak tutub.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi