Rəsul Çunayev bürünc medal qazandı

Rəsul Çunayev bürünc medal qazandı
OLİMPİYA-2016 17 Avqust 2016 / 00:10 44550
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mübarizəyə başlayıb.

*** 

Azərbaycanın əsas medal ümidlərindən sayılan idmançımız 1/16 finalda Migel Palasio Martinezlə (Kuba) qarşılaşıb. Çunayev rəqibinə 4:2 hesabı ilə qalib gələrək 1/8  finala yüksəlib.

***
Onun növbəti rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olub. Bu dəfə rəqibinə 3:2 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

***
Rəsulun 1/4 finaldakı rəqibi Əlcəzair idmançısı Tarek Əziz Benaissa olub və 10:2 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi Ermənistan idmançısı Miqran Arutunyan olub. Bu qarşılaşmada o, 1:4 hesabı ilə uduzub.


***
R.Çunayev bürünc medal uğrunda cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.

Bu, güləşçilərimizin Rioda ikinci bürünc medalıdır. Buna qədər Sabah Şəriəti (130 kq) də bürünc medala sahib olmuşdu.




























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər