"Rio-de-Janeyro Olimpiya Oyunlarında maksimal vəzifə qoyulub - 60 kq-a qədər çəki dərəcəsində qızıl medalı qazanmaq: qələbə zirvədə idman karyerasını başa vurmağa imkan verəcək”.
Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu azərbaycanlı boksçu Albert Səlimov deyib.
"Hazırlıq səviyyəm yaxşıdır, düşünürəm ki, döyüşlərə optimal formada başlayacam. Məni turnirin favoriti hesab etmədikləri zaman da, mən özümü favorit hesab edirəm. Çünki öz imkanlarımı bilirəm və düşünürəm ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq. Mən yalnız birinci yeri hədəf tutmuşam. Mənim vəzifəm - qızıl medalı qazanmaqdır və Rio-da qələbə qazandığım təqdirdə karyeramı başa vurmağı planlaşdırıram", - A.Səlimov bildirib.
İdmançının fikrincə, əldə edəcəyi uğur zirvədə idman karyerasını başa vurmağa imkan verəcək.
"Mən boksa o qədər əmək vermişəm, karyeram ərzində başıma çox işlər gəlib və buna görə də onu maksimum dərəcə ilə başa vurmaq istəyirəm. İndi özümü əla hiss edirəm və buna hazıram. Əsas rəqib yoxdur, hamı rəqibdir. Bu, Olimpiya Oyunlarıdır, burada hər bir idmançı təhlükəlidir. Bu, dünya və ya Avropa çempionatı deyil, bu, Olimpiya Oyunlarıdır, bu, tamamilə başqa məvhumdur", - boksçu vurğulayıb.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"