Təqdimata-filana ehtiyacı olmayan Səməd Vurğun bu sözləri Bakı haqqında demişdi. Daha doğrusu, illər ötməsinə rəğmən dillərdən düşməyən, yaddaşlardan itməyən “Azərbaycan" şeirində paytaxtımızı da vəsf eləmişdi. Görünür, elə o vaxtlar da baş kəndimizin yaraşığına fikir verirmişlər. Elə günü bu gün də sökülə-sökülə tikilən, tikilə-tikilə sökülən Bakıda baxmalı çox şey var. Amma bu yazı Bakı haqqında olmadığından paytaxtımızın gözəlliyi, arada-barada bu gözəlliyə xələl gətirən məsələlər barədə çox dərinə getməyə ehtiyac yoxdur. Bakı həmişə gözümüzün qabağındadı, qaçmır ki...
Bu dəfə “Bakı" haqqında yazmaq daha yerinə düşər, çünki paytaxtın adaşı sürətlə geriyə doğru qaçır. Asta-asta biz tərəflərə bəd xəbərlər göndərməkdə usta olan FİFA o gün, yəni gözəl bir yaz səhərində bu klubun olan-qalan xallarını da silib qurtardı. “Bakı" da istisinə qızınmayıb tüstüsünə kor olduğu legionerlərin badına getdi. Vaqonla gəlib eşalonla gedən belə legionerlərdən kim yarıdı ki? Bəlkə “Xəzər Lənkəran", “İnter", “Qəbələ" dağ üstə dağ qoydu görmədik, ya bəlkə “Neftçi" ağ günə çıxdı xəbərimiz olmadı? Səviyyəli-səviyyəsiz əcnəbiləri biz tərəflərə gətirib çoxüzlü müqavilələrə barmaq basıb sonra da bal tutub barmaq yalayanlar çəkilib durublar kənarda. Klublarımız isə FİFA-dan “qara kağız" almaq üçün növbəyə düzülüblər.
Hamının yerinə deyə bilmərəm, amma mənim “Bakı"nın indiki halına gerçəkdən ürəyim ağrıyır. Hafiz Məmmədovun malı-pulu ilə yaranan bu klub milli çempionatımıza əməlli-başlı rəng qatırdı. Klub titul da qazanırdı, pis-yaxşı Avropadakı stadionlarda da top qovurdu. Düzdür, arada “fair-play" qaydalarını ayaq altına atıb Azərbaycan kubokunu da ələ keçirdi. İndiki məqamda həmin məsələnin üzərində çox dayanmağa gərək görmürəm... Umu-küsünü kənara qoyub “Bakı"nı bu acınacaqlı durumdan çıxarmağın yollarını axtarmaq bəlkə elə ən doğru yoldur.
Son vaxtlar yolum bir neçə dəfə “Bakı"nın Biləcəridəki bazasında düşüb. Köhnə dostum, “Bakı"nın beşiyini yırğalamış, klubun ayaq üstə durması üçün çox əziyyətlər çəkmiş Yaşar Seyidovla üzbəüz oturub söhbətləşmişik. Hər dəfə Yaşar bəyi “Bakı"nın indiki durumdan çıxarmaq üçün göstərdiyi fədakarlıqdan heyrətlənmişəm.
Bir vaxtlar bazada metro jetonu atanda yerə düşmürdü, “Klubun işçisiyəm"- deyənlərin sayı BMT-nin Nyu-Yorkdakı baş ofisində çalışanlardan çox idi. İndi...
“Bakı" klubunun 300-dən çox uşağa bu idman növünün əlifbasını öyrədən Futbol Akademiyası bəlkə də son günlərini yaşayır. Yaşar Seyidovun rəsmi qurumların, aidiyyəti olan və olmayan təşkilatların qapısında çaldığı həyəcan təbili heç kimin vecinə deyil. Görünür, Azərbaycanda hər evdə bir futbol ulduzu yetişdiyindən “Bakı"nın Futbol Akademiyasının durumu və sabahı ilə maraqlanmaq istəmirlər. Dostum deyir ki, belə getsə, beynəlxalq təşkilatlara yazacam.
Vallah, beynəlxalq qurumların dilini bilmədiyimdən indidən nəsə deməyə çətinlik çəkirəm. Məni düşündürən bizimkilərdi. Bir vaxtlar Hafiz və Zeynal Məmmədovlara salam vermək üçün min bir oyundan çıxanlar, ortada kəndirbazlıq edənlər, “Bakı"nın heyətində uğur və para qazananlar, klubun hesabına Çexiyadan vurub Slovakiyadan çıxanlar niyə indiki ağır durumda mənəvi dəstəklərini belə çox görürlər?
Bizdə uşaq futbolunun inkişafından söz yazıb dastan bağlayanların səsi niyə eşidilmir? Günlərin birində “Bakı"nın Futbol Akademiyasının qapısından yekə bir qıfıl asılsa, bəs, onda nə deyəcəksiniz? Akademiyada top qovan 300 uşağın alqışını qazanmaq üçün bundan yaxşı fürsətmi var?
Futbol ulduzu olmaq arzusu ilə böyüyən balaca futbolçuların qarğışına tuş gəlmək istəmirsinizsə, konkret bir addım atın. Siz bilən alqış qazanmaq yaxşıdı, yoxsa qarğış...
Etibar CƏBRAYILOĞLU
“Het-trik news” qəzeti
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu