“Səhvlərimizi gördük” – Adil Şükürov

“Səhvlərimizi gördük” – Adil Şükürov
XƏBƏR 26 İyul 2015 / 12:27 3483
-  A +

“Komandanın oyunundan razı qaldım. Futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Biz onları fərqli mövqelərdə oynatdıq ki, gözlənilməz vəziyyətlərdə özlərini necə hiss etdiklərini görək”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov klubun rəsmi saytına açıqlamasında “Kolxeti” (Gürcüstan) ilə yoxlama matçı (0:1) haqda danışarkən deyib.

O, qarşıdakı oyunlarda komandasının daha yaxşı çıxış edəcəyini bildirib: “Futbolçuların hamısına inanırıq, tam olaraq kimlərin start heyətində meydana çıxacağını müəyyənləşdirməmişik. Yoxlama oyunları həm də bu baxımdan vacibdir. Ümumi yüklənmə dövründə belə oynamaları normal idi. 2-ci hissədə əsasən gənclərə şans verdik, onları da yoxladıq.

Xətlər arasında əlaqəni nəzərdən keçirdik. Yeni komandayıq, nəticədən asılı olmayaraq hansı addımları atacağımızı öyrəndik. Əsas səhvlərin görünməsidir. Biz səhvlərimizi gördük və qarşıda bunları aradan qaldırmağa çalışacağıq”.

Son xəbərlər
22.08.25  14:44

"Bavariya"dan PSV-yə