“Standard”da məşqçi-futbolçu qarşıdurması

“Standard”da məşqçi-futbolçu qarşıdurması
ÖLKƏ FUTBOLU 6 Noyabr 2009 / 14:08 2096
-  A +

Böyükağa Hacıyevin “Standard”a gəlişində komandanın bəzi oyunçularının müstəsna rolu olub. Qol.Az-ın əldə etdiyi məlumata görə, burada söhbət oyunçuların əvvəlki məşqçiyə qarşı hansısa kampaniya aparmasından getmir. İvanauskasın gedişindən sonra klub rəsmilərinin 3 namizədi olub. Futbolçular isə məhz Böyükağa Hacıyevin komandaya gətirilməsini istəyiblər. Xüsusən Ramal Hüseynov canfəşanlıq göstərib. Əvvəllər də Hacıyevlə birgə “Bakı”da çalışan Ramal klub prezidenti Emil Babayevlə görüşüb və ondan xahiş edib ki, baş məşqçi vəzifəsinə məhz Hacıyev gətirilsin. Klub rəhbərliyi də onun sözünü yerə salmayıb.
Lakin Böyükağa Hacıyevin komandaya gəlişində böyük rolu olan Ramal Hüseynov elə ilk oyundaca “qırmızı vərəqə” almaqla köhnə-təzə məşqçisini pis vəziyyətdə qoyub. Bundan sonra Hacıyev Ramalı hətta məşqdən də kənarlaşdırıb. Onun adını “Turan”la kubok oyununda “18-liy”ə də salmayıb.
Deyilənə görə, həmin görüşdən sonra futbolçulardan bəziləri baş məşqçidən Ramal Hüseynovu geri qaytarmağı istəyib. Hətta Samir Zərgərov Hacıyevə “sizin komandaya gəlişinizdə Ramalın böyük rolu olub. İndi bir qırmızı vərəqəyə görə ona bu qədər haqsızlıq edə bilməzsiniz” deyib.
Hadisələrin necə nəticələnəcəyi maraq doğurur. Lakin o da deyilir ki, Hüseynov artıq bəzi Premyer Liqa klublarından təklif alıb. Hətta futbolçunun keçmiş klubu “Bakı”ya qayıtmaq ehtimalı da var.     

Daha çox


Son xəbərlər