“Bakı”nın 3 futbolçusu milliyə dəvət aldı

XƏBƏR 5 Noyabr 2009 / 15:57 1940
-  A +

“Bakı” klubunun 3 üzvü 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətinə dəvət alıb. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, söhbət qapıçılar - Aqil Məmmədov və Andrey Popoviç, eləcə də hücumçu Bəxtiyar Soltanovdan gedir. Adıçəkilən futbolçular 9-19 noyabr tarixlərində U-21 milli komandasının sərəncamında olacaqlar.  
Xatırladaq ki, U-21 Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində noyabrın 14-də Bakıda Şotlandiya, noyabrın 18-də Vyanada Avstriya milli komandasıyla qarşılaşacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi