Şahin Diniyev mövsümün sonunda “Terek”i tərk edəcək

Şahin Diniyev mövsümün sonunda “Terek”i tərk edəcək
ÖLKƏ FUTBOLU 4 Noyabr 2009 / 11:42 2282
-  A +

Rusiyanın “Terek” klubu millimizin keçmiş baş məşqçisi Şahin Diniyevlə mövsümün sonunda yollarının ayıracaq. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qroznı təmsilçisi artıq yeni baş məşqçi axtarışına başlayıb. Bu haqda klubun prezidenti Heydər Alxanov məlumat verib. Onun sözlərinə görə, artıq bir neçə gündür namizədlərdən biriylə danışıqlar başlanıb: “Həmin mütəxəssis ölkəmizdə çox məşhurdur. Futbolçu kimi daim SSRİ millisində çıxış edib. Məşqçi kimi də bir çox uğurlara imza atıb. Hazırda müzakirələr gedir. Danışıqlar prosesi təxminən 2 həftəyə yekunlaşacaq”.
Klub rəhbəri eyni zamanda bildirib ki, komanda cari mövsümü Şahin Diniyevin rəhbərliyi altında başa vuracaq: “Şahin Diniyev “Terek”in əvəvzedici heyətinin oyununu gücləndirib. Əvəzedici komandamızın bugünkü uğurlu çıxışının səbəbkarı məhz məşqçilər korpusudur”.

 

Daha çox


Son xəbərlər