"Çempionlar Liqası bizim üçün ikinci plandadır" - Prandelli

"Çempionlar Liqası bizim üçün ikinci plandadır" - Prandelli
DÜNYA FUTBOLU 23 Oktyabr 2014 / 11:26 4256
-  A +

"Güclü komandaya qarşı oynadıq. "Borussiya" illərdir Avropada yaxşı nəticələr əldə edir. Ancaq bizim üçün önəmli Türkiyə superliqasıdır. Hazırda ölkə çempionatında ikinci pillədəyik. Liderliyə yüksəlmək üçün çalışmalıyıq. Çempionlar Liqası ikinci plandadır. Əlimizdən gələni etdik, ancaq alınmadı. Azarkeşlərə bizə dəstək olduqları üçün təşəkkür edirəm".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi çezare Prandelli Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Borussiya"ya uduzduqları oyundan (0:4) sonra deyib.

O, komandanın aparıcı futbolçuları Olcan Adın, Veysel Sarı və Brumanı Dortmund təmsilçisi ilə matçda oynatmamasının səbəbləri haqda da danışıb:

"Olcan və Brumanın  yüngül zədəsi var idi. Bu səbəbdən onları oynatmadım".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi