“Qarabağ” rəqibi liderliyin bir addımlığında

“Qarabağ” rəqibi liderliyin bir addımlığında
DÜNYA FUTBOLU 21 Sentyabr 2014 / 21:22 4660
-  A +

Bu gün Ukrayna Premyer Liqasında yeddinci turunda ikinci oyun gününün ilk matçı keçirilib.

Qol.Az-ın xəbərinə görə, lider “Şaxtyor” “Zarya”nı qəbul edib və 0:1 hesabı ilə uduzub. Bu, Mirça Luçeskunun komandasının cari çempionatda ilk məğlubiyyəti olub.

Yeddi turdan sonra Donetsk təmsilçisi 18 xalla yenə də birinci pillədədir. Onun ən yaxın izləyicisi,  Avroliqanın qrupunda “Qarabağ”ın rəqibi olan, 16 xala malik “Dnepr” isə bu turda oyununu sabah Donetsk “Olimpik”inə qarşı keçirəcək. Öz meydanındakı bu matçda qalib gələcəyi təqdirdə “Dnepr” turnir cədvəlində liderliyi ələ keçirəcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi