Hafiz Məmmədov «Bakı»nın rəhbərliyini, məşqçilərini və futbolçularını cəzalandırdı

Hafiz Məmmədov «Bakı»nın rəhbərliyini, məşqçilərini və futbolçularını cəzalandırdı
ÖLKƏ FUTBOLU 31 Avqust 2009 / 19:25 2488
-  A +

«Bakı» klubunun prezidenti Hafiz Məmmədov avroliqanın pley-off mərhələsini təkrar oyununda İsveçrə «Bazel»inə ağır məğlubiyyətə (1:5) görə komandanın üzvlərinə ağır cəza tətbiq edib. Bu barədə Qol.Az-a «Bakı»nın baş meneceri Zeynal Məmmədov məlumat verib. «Bu, doğru qərardır. Bütün futbolçular bu biabırçı məğlubiyyətə görə öz cəzalarını almalı idilər. Daha kobud səhvə yol verən futbolçular xüsusi cəzaya məruz qalıblar. Klubdaxili nizam-intizamı pozduğuna görə, Əhmət Ticani də xüsusi cəzalanıb” - deyən Zeynal Məmmədov İsveçrədəki məğlubiyyətə görə komandanın məşqçi korpusu və rəhbərliyinin cəzalandırıldığını bildirib: “Məşqçilər korpusu və rəhbərlik də bu cür böyükhesablı məğlubiyyətə görə məsuliyyət daşıdıqlarından maddi baxımdan cəzalanıblar».
Z.Məmmədov cərimənin konkret məbləğini açıqlamayıb: «Çünki bu, klubun daxili işidir. Yalnız onu deyə bilərəm ki, bu məbləğ yetərincə yüksəkdir».

Daha çox


Son xəbərlər