Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç «525-ci qəzet»in redaksiyasının qonağı olub. Burada səfir «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidlə görüşüb. Görüşdə Azərbaycan - Türkiyə münasibətlərinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir daha sonra «525»in ofisində yerləşən Qol.Az-ın redaksiyasına da baş çəkib, saytın kollektivilə görüşüb və əməkdaşlarımızın suallarını cavablandırıb.
- Cənab səfir, öncə hansı komandaya azarkeşlik etdiyinizi bilmək istərdik.
- Mən “Fənərbaxça”lıyam və bu klubu dəstəkləyirəm. Amma təbii ki, “Qalatasaray”ı da sevirəm və bu komandaya qarşı pis münasibətim yoxdur.
- Ümumiyyətlə, futbolla münasibətiniz necədir, yaxından maraqlanırsınızmı?
- Təbii ki, futbol oyunlarını izləyirəm. Xüsusilə milli komandalar səviyyəsində olan oyunları. Amma o dərəcə də maraqlandığımı deyə bilmərəm. Yəni, futbolun fanatı deyiləm.
- Azərbaycan futbolu ilə nə dərəcədə maraqlanırsınız? Komandalarımızın iştirakı ilə keçirilən oyunları izləyirsinizmi?
- Bəli.
- Klublarımızın iştirakı ilə olan son avrokubok matçlarına baxdınız?
- Bəli, izlədim. “Qarabağ”ın “Tvente” ilə keçirdiyi son qarşılaşmanı stadiondan canlı izlədim.
- Futbolumuzla bağlı düşüncələrinizi də bilmək maraqlı olardı.
- Təbii ki, istəyim və arzum budur ki, Azərbaycan futbolu daha da inkişaf etsin, Avropa səviyyəsinə çatsın. Bunun üçün bir qədər də zamana ehtiyac var. Amma inanıram ki, gələcəkdə hər şey indikindən qat-qat yaxşı olacaq.
- Bir sualımıza da cavab almaq istərdik. Qeyd etdiniz ki, özünüz “Fənərbaxça”lısınız. Yəqin ki, səfirlik əməkdaşları arasında “Qalatasaray”lı və “Beşiktaş”lılar da var...
- (Gülür) Başa düşdüm nəyi nəzərdə tutursunuz. Bəli, onların arasında rəqabət var. Özü də çox böyük rəqabət. Elə fanatiklərdən biri də mənimlə birgə buradadır (Türkiyə səfirliyinin mətbuat müşaviri Bülənt Uğuru nəzərdə tutur - red.). Amma istənilən halda yola gedirik.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı