Mihael Ballak: “Sabahkı oyunda qalib gələcəyimizə inanıram”

Mihael Ballak: “Sabahkı oyunda qalib gələcəyimizə inanıram”
ÖLKƏ FUTBOLU 11 Avqust 2009 / 14:26 2231
-  A +

“Sabahki oyun bizim üçün çətin keçəcək. Çünki, mən bilirəm ki, Azərbaycan milli komandasının qapısına çox qol vurmaq bir qədər çətindir”. Qol.Az-ın məlumatına görə, bu sözləri sabah milli komandamızla qarşılaşacaq Almaniya millisinin kapitanı Mihael Ballak oyunqabağı mətbuat konfransında deyib.
Bir neçə gün əvvəl zədələnməsinə baxmayaraq, Ballak özünü bu oyuna hazır sayır: “Düzdür, zədələnmişdim. Barmağım sınmışdı. Lakin hazırda özümü çox yaxşı hiss edirəm. Oyuna tam hazıram”.
Təcrübəli futbolçu bildirib ki, sabahkı oyunda qalib gələcəklərinə inanır: “Siz öz komandanıza inanırsınız, biz də öz gücümüzə. Mən bir daha deyirəm ki, Azərbaycan millisi çox az qol buraxır. Bununla belə, mən sabah qalib gələcəyimizə inanıram”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi