Bolqarıstan mətbuatından şok iddia: “Hakan Şükür “Bakı” ilə müqavilə bağlayır”

Bolqarıstan mətbuatından şok iddia: “Hakan Şükür “Bakı” ilə müqavilə bağlayır”
ÖLKƏ FUTBOLU 10 Avqust 2009 / 12:10 2735
-  A +

Bolqarıstanın Gol.Bg saytı şok xəbər yayıb. Qol.Az-ın məlumatına görə, adıçəkilən mənbə türk futbolunun canlı əfsanəsi, futbolçu karyerasını 1 il bundan əvvəl başa vuran Hakan Şükürün “Bakı” ilə müqavilə bağlamağa yaxın olduğunu yazıb. Bolqarların yaydığı məlumatda konkret aşağıdakı cümlələr yer alıb: “Bakı” “Levski”yə məğlub olaraq, Çempionlar Liqasının üçüncü mərhələsində mübarizəni dayandırsa da, bu, “Bakı” rəhbərliyinin qərarına təsir etməyib. Çünki onlar Avropa Liqasının qrup mərhələsinə düşməyi qarşılarına məqsəd qoyublar. Komandanın pley-off matçında “Bazel” kimi komanda ilə düşməsini və hücumçu problemi yaşadığını görən klubun prezidenti Hafiz Məmmədov heyətə təcili səviyyəli hücumçu cəlb etməyin vacibliyini nəzərə alaraq, 38 yaşlı əfsanəvi futbolçuya təklif göndərib. “Qalatasaray”ın və Türkiyə millisinin əfsanəvi futbolçusu isə karyerasını bitirməsinə, hətta ötən il “Ali Sami Yen” stadionunda vida matçına çıxmasına  baxmayaraq, Məmmədovun pulları qarşısında aciz qalıb və yenidən fikrini dəyişərək futbola dönməyə qərar verib”.

Boqlarıstanlı jurnalistlər “Bosfor Buğası”nın Türkiyə millisinin heyətində 103 oyun keçirdiyini və 51 qola imza atdığını da qeyd etməyi unutmayıblar.

Sonda qeyd edək ki, bolqarların bu informasiyanı haradan aldıqları maraq doğurur. Çünki, Hakan Şükür hazırda Türkiyənin "TRT" telekanalı ilə əməkdaşlıq edir və bu kanlada yayımlanan “Stadium” verilişindəki şərhçiliyinə görə ilə 700 min dollar alır

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi