"Bakı" Çempionlar Liqasında mübarizəni dayandırdı

ÖLKƏ FUTBOLU 6 Avqust 2009 / 00:23 3738
-  A +

Bu gün "Bakı" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Sofiyada "Levski"ylə qarşılaşdı. Bakı vaxtı ilə saat 21.30-dan etibarən Qol.Az saytının Sofiyaya ezam olunmuş müxbiri "Levski" - "Bakı" oyunundan canlı mətn-reportaj yayımladı. Oyundan əvvəl, oyun zamanı və oyundan sonra baş verən ən önəmli hadisələri Qol.Az-da izləyə bilərsiniz.

"Levski" - "Bakı" 2:0 
Sofiya. “Georgi Asparuxov” stadionu
Hakimlər: Stefan Yohannason, Stefan Uitberq, Maqnus Sielbon, Ake Andreasson (İsveç)
Hakim-inspektor: Alan Snoddi (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Jan Mari Filips (Belçika)

“Levski”: 1.Georgi Petkov, 3.Milanov, 5.Rabeh, 8.Sarmov, 10.Yovov, 11.Topuzakov, 14.Minev, 20.Joãozinho, 21.Zé Soares, 27.Bardon, 99.Georgi Hristov
Ehtiyat oyunçular: 12.Mitrev, 2.Genev, 6.Tiberkanine, 15.Benzoukane, 17.Ortega, 22.Tasevski, 25.Lucioa

"Bakı”: 23.Xalidu Sissoko, 2.Rafael Barbosa, 4.Vadim Barets, 5.Stevan Bates, 8.Ernad Skuliç, 9.Felipe Almeyda Feliks, 12.Fernando Peres, 20.Fabio Luis Ramim, 27.Bəxtiyar Soltanov, 32.Aleksey Savinov, 77.Aleksandr Soliç
Ehtiyat oyunçular: 1.Marko Şarliya, 3.Rafael Əmirbəyov, 7.Mahmud Qurbanov, 10.Amiran Muciri, 21.Aleksandr Tamaş, 30.Vilyam Roşa Batista, 55.Georgi Adamiya

 

Oyun başa çatdı. Çox təəssüf ki, "Bakı" "Levski"yə uduzaraq, Çempionlar Liqasında mübarizəni dayandırdı. Buna baxmayaraq "Bakı" üçün bu mövsüm avrokubok həyəcanı hələ bitməyib. Komandamız mübarizəni Avroliqanın dördünü təsnifat mərhələsində davam etdirəcək.

87. "Bakı" hücum qurmağa, hesab arasındakı fərqi azaltmağa çalışsa da, ikinci qoldan sonra komandamızın oyunu alınmır.

84. "Levski" üçüncü qolu vura bilərdi. Lakin Xristovun zərbəsi qapıdan aralı keçdi.

81. "Bakı"da sonuncu əvəzetmə. Ernad Skuliçi Mahmud Qurbanov əvəzlədi.

80. QOL. "Levski" ikinci qolu komandamızın qapısından keçirdi. Xristov fərqləndi.

72. Bəxt yenə də rəqibin tərəfindədir. Boretsin zərbəsi qapıdan azca aralı keçdi.  

71. "Bakı"nın daha bir hücumu məntiqi sonluğa çatmadı. Bəxtiyarın Feliksə ötürdüyü topu "Levski"nin müdafiəçiləri son anda uzaqlaşdıra bildilər.

69. Batesin uzaqdan zərbəsi təhlükəli alınsa da, top qapıdan az fərqlə aralı keçdi.

68. "Bakı"nın heyətində iki oyunçu dəyişikliyi baş verdi. Fabio Lusi Ramimi Georgi Adamiya, Fernando Peresi isə Amiran Muciri əvəzlədi.

64. QOL. "Levski" hesabda önə keçdi. Yovov fərqləndi.

61. "Levski"nin növbəti təhlükəli hücumu. Lakin Ze Suaresin başla zərbəsi qapının üstündən keçdi.  

59. Komandamızın növbəti hücumunun qarşısını "Levski"nin müdafiəçiləri son anda aldılar. Halbuki Bəxtiyar topa yiyələnsəydi, rəqib qapısı qarşısında real qol epizodu yarada bilərdi.

52. "Levski"dən Ze Suares sarı vərəqəylə cəzalandı.

51. Inanılmaz... "Bakı" oyun ərzində ən real qol epizodunu yaratdı. Lakin Soliçin zərbəsi qapıdan bir neçə santimetr aralı keçdi.

47. Komandamızın hücumu təhlükəli alına bilərdi. Lakin Bəxtiyarın ötürməsi dəqiq alınmadı.

46. "Levski"nin cərimə zərbəsinin qarşısını müdafiəçilərimiz aldılar.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45+1. Qapımız qarşısında növbəti təhlükəli vəziyyət yarandı. Lakin əvvəlcə müdafiəçilər, daha sonra isə Sissoko etibarlı oynadı.

45. "Bakı"nın hücumu təhlükəli alına bilərdi. Lakin hakim Peresin kobud oynadğını bildirərək, cərimə zərbəsi təyin etdi.

43. "Levski"nin yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı. Lakin müdafiəçilərimizə dəyən top istiqamətini dəyişərək, auta çıxdı.

41. "Levski"nin heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Meydana Tasevski daxil oldu. O Joazinyonu əvəzlədi.

40. "Levski" qapımız qarşısında təhlükəli epizod yaratdı. Lakin xoşbəxtlikdən Bardonun zərbəsi qapıdan aralı keçdi.

38. "Bakı"nın hücuçu təhlükəli alına bilərdi. Lakin müdafiəçilər son anda Soliçin qarşısını kəsə bildilər.

Hazırda Sofiyada güclü yağış yağmağa başladı.

33. Bu dəfə də Yovov Batisə qarşı kobud oynadı.

30. Komandamız cərimə zərbəsi yerinə yetirdi. Lakin Ramimin ötürməsini rəqib müdafiəçilər uzaqlaşdıra bildilər.

28. "Levski"nin futbolçusu yerə yıxılıb, qalıb. Buna görə də oyunda qısa fasilə yaramıb. Bundan istifadə edən komandamızın baş məşqçisi Coko Haciyevski Skuliç və Soliçi yanına çağıraraq, onlara göstərişlərini verir.

24. "Levski" oyunda ilk real qol epizodunu yaratdı. Cinah ötürməsi çox təhlükəli alınsa da, topa toxunan olmadı. Hər şer çempionumuz üçün yaxşı qurtardı.

22. Joazinyonun ötürməsi təhlükəli alındı. Lakin Bates gözəl oynadı.

19. Feliksin qarşısını "Levski"nin müdafiəçiləri kobudluqla alsalar da. hakimin fiti sudu. Bolqarlar komandamızın üzvlərinə qarşı həddindən artıq kobud oynayırlar.

14. Joazinyonun da zərbəsi təhlükəli alındı.

14. Peresin zərbəsi qapıdan bir qədər aralı keçdi.

12. Bu dəfə də "Levski"dən Rabeh sarı vərəqə aldı. İlk 12 dəqiqədə hakim artıq 4 dəfə əlini cibinə salıb.

11. "Levski" oyunda ilk künc zərbəsini yerinə yetirdi. Lakin Sissoko çıxışda inamlı oynadı.

10. İlk dəqiqələrdən meydanda həddindən artıq gərgin mübarizə gedir.

8. Bu dəfə "Levski"dən Sarnov sarı vərəqəylə cəzalandı.

7. Komandamızın daha bir futbolçusu - Ernad Skuliç sarı vərəqəylə cəzalandı. Hakimin "Levski"yə simpatiya göstərməsi ilk dəqiqələrdən açıq-aşkar görünür.

7. "Bakı" təhlükəli əks hücum qurdu. Lakin Soliç dəqiq ötürmə verə bilmədi.

6. Rəqibin cərimə zərbəsi təhlükəli alınsa da, müdafiəçilərimiz səhvsiz oynadılar.

5. "Levski"nin hücumu təhlükəli alına bilərdi. Lakin Bates təhlükəni sovuşdura bildi.

4. "Bakı" ilk hücumunu qurdu. Lakin Feliks topa istədiyi kimi zərbə vura bilmədi.

3. İlk dəqiqələrdən "Levski" daha fəaldır.

Braziliyalı "Bakı"nın Avrokuboklar çərçivəsində keçirəcəyi növbəti matçda forma geyməyəcək.

1. "Bakı"nın hücumçusu Felisk sarı vərəqəylə cəzalandı.

Oyun başladı. UĞURLAR "BAKI"!!!

                                                         ***

Komandalar artıq meydanı tərk edərək, paltardəyişmə otağına yollandılar.

                                                         ***

Komandalar artıq meydandadırlar. Hər iki tərəf oyunqabağı son məşqini keçir. Matçın başlanmasına 40 dəqiqədən də az vaxt qalmasına baxmayaraq, arenada bir o qədər də çox azarkeş yoxdur. Hazırda stadionda cəmi 2-3 min futbolsevər var.   

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi