Usim Nduka "Simurq"da

Usim Nduka "Simurq"da
XƏBƏR 25 Yanvar 2014 / 18:05 2776
-  A +

Antalyada qış təlim-məşq toplanışında olan "Simurq", transfer çalışmalarını davam etdirməkdədir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Zaqatala təmsilçisi daha bir yerli futbolçu ilə müqavilə imzalayıb. Usim Nduka "Simurq"la 1.5 illik müqaviləyə qol çəkib.
 
Milli komandamızın sabiq üzvü növbəti mövsümün sonuna qədər "sarı-qaralar"ın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, əslən nigeriyalı 28 yaşlı müdafiəçinin son klubu Türkiyənin birinci divizionunda çıxış edən "Tavşanlı Linyitspor" olub.

Daha çox


Son xəbərlər