Ramiz Məmmədov rəsmən "Qəbələ"nin baş məşqçisi oldu

Ramiz Məmmədov rəsmən "Qəbələ"nin baş məşqçisi oldu
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2012 / 13:21 3113
-  A +

Fatih Kavlakın istefasından sonra “Qəbələ"də yeni baş məşqçi təyinatı rəsmiləşib.

"Qəbələ"nin baş meneceri Zaur Əzizovun Qol.Az-a verdiyi məlumata görə, komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov bu posta təyin olunub.

Bu il iyulun 10-da “Qəbələ”nin idman direktoru vəzifəsində fəaliyyətə başlayan 44 yaşlı mütəxəssis daha əvvəl 4 mövsüm komandaya rəhbərlik etmişdi.

2006/07 mövsümünün gedişində baş məşqçi postuna təyin olunan R.Məmmədov baş məşqçi kimi “Qəbələ”ni hamıdan çox - Azərbaycan çempionatının 100, kubokun 18 oyununa çıxarıb.

Xatırladaq ki, Ramiz Məmmədov 2009/10 mövsümü başa çatandan - komandadakı 4-cü mövsümündən sonra  baş məşqçi postundan ayrılmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi