Raab "Neftçi" üzərindəki qələbədən danışdı

Raab "Neftçi" üzərindəki qələbədən danışdı
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2012 / 19:36 2974
-  A +

"Bu gün maraqlı oyun izlədik. Sevinirəm ki, qələbə qazandıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Bernhard Raab "Neftçi" ilə oyundan (3:2) sonra deyib.

Almaniyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: “Neftçi” bir az yorulduğuna görə biz çox qaçmalıydıq və bunu bacardıq.  Bu nəticədən sonra komandamdan razıyam. 2:0 hesabıyla irəlidə olduğumuz vaxt səhvlər buraxdıq.  Ona görə də rəqib hesabı bərabərləşdirə bildi. Buna baxmayaraq futbolçularım özünü itirmədilər və qələbə qazandıq”.

Daha çox


Son xəbərlər