London-2012: 98 yeni rekord

London-2012: 98 yeni rekord
XƏBƏR 9 Avqust 2012 / 00:04 1640
-  A +

2012-ci il London Yay Olimpiya Oyunlarında indiyədək 98 rekord qırılıb.

Qol.Az-ın məlumatına görə, olimpiadanın start götürdüyü iyulun 27-dən etibarən 69 olimpiya, 29 dünya rekordu müəyyənləşib.

Rekordlardan ən çoxu ağırlıqqaldırmaya təsadüf edib. 31 ən yüksək göstəricinin qeydə alındığı bu növü 30 rekordla üzgüçülük təqib edir.

Velosiped idmanında 18, atıcılıqda 10, oxatmada 5, atletikada 4 rekord qırılıb. Dünya rekordları arasında ən çoxu – hərəyə 9-u ağırlıqqaldırma və üzgüçülüyə məxsusdur. Velosiped idmanında 8, oxatmada 2, atıcılıqda 1 rekord qeydə alınıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi