“Qarabağ” Quzanlıdan birdəfəlik imtina etdi

“Qarabağ” Quzanlıdan birdəfəlik imtina etdi
ÖLKƏ FUTBOLU 7 Avqust 2012 / 13:32 2878
-  A +

Ağdamın “Qarabağ” klubu bu mövsüm üçün iki stadion sifariş verib.

Klubun direktoru Əmrah Çəlikəl Qol.Az saytına bildirib ki, yeni mövsümdə komandanın əsas meydançası Suraxanı qəsəbəsi stadionu, ehtiyat meydançası isə Tofiq Bəhramov adına stadion olacaq.

Klub rəsmisi qeyd edib ki, Suraxanı stadionunda təmir işləri getdiyindən komanda Premyer Liqada avqustun 11-də “Neftçi”ni Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək. Suraxanı stadionunda işlər yekunlaşana qədər “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına stadionda keçirəcək.

Buna qədər Ağdamın Quzanlı qəsəbəsi stadionunu ehtiyat meydança kimi sifariş vermək istəyən “Qarabağ” bu fikrindən danışıb. Əmrah Çəlikəlin sözlərinə görə, həmin arenanın rəhbərliyi Quzanlı stadionunun ehtiyat meydança olmasına razılıq verməyib: “Ona görə də biz bu mövsüm Quzanlı stadionunda oyun keçirməyəcəyik”.
 

Daha çox


Son xəbərlər