Teymur Məmmədov Azərbaycana daha bir medal qazandırdı (YENİLƏNİB)

Teymur Məmmədov Azərbaycana daha bir medal qazandırdı (YENİLƏNİB)
LONDON-2012 6 Avqust 2012 / 02:30 12831
-  A +

Bu gün XXX London Yay olimpiadasında iki boksçumuz rinqə çıxıb.

Qol.Az-ın məlumatına görə, 91 kq çəki dərəcəsində Teymur Məmmədov və 75 kq-da Yelena Vıstropova mübarizəyə qoşulub.

İlk olaraq, qadın təmsilçimiz Yelena Vıstropova olimpiadada birinci döyüşünə çıxıb. Olimpiadada debüt edən Yelena 1/8 finalda nigeriyalı Edit Oqoke ilə qarşılaşıb və ümumi nəticədə 12:14 (2:4, 2:4, 6:3, 2:3) hesabıyla uduzaraq mübarizəni dayandırıb.

Olimpiadada ikinci döyüşünə çıxacaq Teymur Məmmədov isə ölkəmizə daha bir medal qazandıra bilər. İlk döyüşündə Tapu Opetaya Canı (Avstraliya) məğlub edən idmançımız bu dəfə yarımfinal uğrunda mübarizə aparacaq.

1/4 finalda belaruslu Sergey Korneyevlə qarşılaşan T.Məmmədov qalib gəlməklə ən azı bürünc medalı özü üçün təmin edib. Teymur Bakı vaxtı ilə saat 02:00-da rinqə çıxıb.

İlk raund Teymurun böyük üstünlüyü ilə keçib - 9:4. İkinci raund isə təmsilçimiz zəif təsir bağışlayıb. Bununla belə, Məmmədov üstünlüyünü qoruya bilib - 15:13. Üçüncü raund isə rəqibin üstünlüyü ilə keçib. Ümumi hesab 19:19 olsa da, hakimlər sonda Teymuru döyüşün qalibi elan ediblər. Bununla da, T.Məmmədov yarımfinala adlayıb.

Qeyd edək ki, 1/4 finaldakı digər təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91) növbəti görüşünə sabah çıxacaq.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi