Finalda "İnter" "Qarabağ"la qarşılaşacaq

ÖLKƏ FUTBOLU 6 May 2009 / 17:55 2863
-  A +

Qol.Az saytı bu gün saat 16:00-dan etibarən ölkə kubokunun ½ final mərhələsinin cavab qarşılaşmalarından canlı mətn-reportaj yayımladı. 

“Qarabağ” - “Bakı” 2:1 
Quzanlı Olimpiya idman kompleksinin stadionu
İlk oyun - 2:1
QOLLAR: Vaqif Cavadov (41), Sedat Saini (65) - Fernando Peres (32)


Ölkə kubokunun finalında "İnter"in rəqibi "Qarabağ" oldu.  
Oyun başa çatdı.
90. Naçevskinin zərbəsi qapının üstündən keçdi.
70. Oyun tempi qoldan sonra bir qədər aşağı düşüb.
66.
Haciyevski məğlubiyyətdən qaçmaq üçün Demetradzenin əvəzinə Batistanı meydana buraxır. 
65. QOLL. Sedat Saini "Qarabağ"ı hesabda önə keçirdi.
59. Ayxan Abbasovun zərbəsi çox təhlükəli alınsa da, top yandan tora dəyir. Azarkeşlər ilk olaraq, topun qapıdan keçdiyini zənn etdilər.
56. "Qarabağ"ın heyətində oyunçu dəyişikliyi baş verir. Aslan Kərimovun əvəzinə meydana Emin İmaməliyev daxil olur.
51. Peres yenidən hesabı komandasının xeyrinə dəyişə bilərdi. Lakin onun zərbəsi qapıdan azca aralı keçdi.
50. Haciyevski meydana daha bir hücumçu - Əhməd Ticanini buraxdı. Nigeriyalı futbolçu Mahmud Qurbanovu əvəzlədi.
49. Sedat Saini ikinci hissədə meydana daxil olub. Türk əsilli futbolçu meydana daxil olan kimi qapıya zərbə endirsə də, top çərçivəyə düşmədi. 
48.
"Qarabağ" ikinci hissəyə hücumlarla başlayıb.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. QOLL. "Qarabağ" hesabı bərabərləşdirdi. Vaqif Cavadov status-kvonu bərpa etdi. 
37. "Qarabağ" penaltini qaçırdı. Şakiri topu üstə vurdu.
32. QOLLL. "Bakı" hesabı açdı. Fernando Peres fərqləndi.
30. "Bakı"nını heyətində məcburi əvəzetmə olur. Zədələnən qapıçı Şarliyanı Sissoko əvəzləyir.
15. "Bakı"dan Ramazan Abbasovun zərbəsi qapının üstündən keçdi.
11. Ayxan Abbaosvun zərbəsi təhlükəli alındı.
8. Şakiri sarı vərəqəylə cəzalanır.
5. Demetradze qol vursa da, hakim onun əllə oynadığını əsas gətirərək, qolu nəzərə almır.
Oyun başladı.
                                         ***
Komandaların heyətləri artıq məlumdur:
"Qarabağ":
1.Fərhad Vəliyev, 2.Elnur Allahverdiyev, 3.Aftandil Hacıyev, 4.Azər Məmmədov, 8.Aslan Kərimov, 10.Artim Şakiri, 11.Rauf Əliyev, 13.Zekiriyya Ramadan, 15.Ayxan Abbasov, 20.Vaqif Cavadov, 22.Nidal Ferhatoviç
Ehtiyat oyunçular: 12.Sahil Kərimov, 5.Maksim Medvedev, 14.Namiq Yusifov, 17.Sadat Saini, 18.Zaur Ramazanov, 19.Emin İmaməliyev, 24.Admir Teli
Baş məşqçi: Qurban Qurbanov
"Bakı": 1.Marko Şarliya, 5.Stanislav Baçev, 7.Mahmud Qurbanov, 9.Georgi Demetradze, 11.Dragan Naçevski, 12.Fernando Perez, . 14. Elvin Əliyev, 15.Cəmşid Məhhərmov, 7.Ramazan Abbasov, 21.Aleksandr Tomaş, 33.Saşa Yunisoğlu
Ehtiyat oyunçular: 23.Xalidu Sissoko, 3.Rafael Əmirbəyov, 10.Amiran Muciri, 19.Əhməd Ticani, 20.Fabio Luis Ramim, 30.Vilyam Roşa Batista, 32.Aleksey Savinov
Baş məşqçi: Cokiça Hadziyevski


“Qəbələ” - “İnter” 2:0 
Qəbələ şəhər stadionu
İlk oyun - 0:5 
QOLLAR: Kənan Kərimov (41), Azər Həşimov (89)


Oyun başa çatdı.
89. QOLL. "Qəbələ" ikinci qolu vurdu. Azər Həşimov fərqləndi.
75. Kənan Kərimovun cərimə zərbəsi qapının üstündən keçdi.   
62. Eyni vaxtda "İnter"in iki futbolçusu sarı vərəqə aldı. Assioli və Xəyal Mustafayev cəzalandılar.
60. "İnter"dən Kleytonun zərbəsi yaddaqalan oldu.
54. "İnter"in heyətində oyunçu dəyişikliyi baş verir. Oleq Şişkini Rahid Usubov əvəzləyir.  
50. Kənanın daha bir zərbəsi təhlükəli alındı. "İnter"in müdafiəçiləri "Qəbələ"nin kapitanının qarşısını almaqda çətinlik çəkirlər.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. QOLL. "Qəbələ" hesabı açdı. Kənan Kərimov üçüncü cəhddə istəyinə çatdı.
30. Kənan Kərimovun daha bir zərbəsi yaddaqalan olsa da, "İnter"in qapıçısı Semyonov topu dəf edə bildi.
14. Da Silvanın zərbəsi təhlükəli alındı. 
9. "Qəbələ"nin kapitanı Kənan Kərimov hesabı aça bilərdi. Lakin onun zərbəsi qapının üstündən keçdi.
6. Mübarizə ilk dəqiqələrdən meydanın mərkəzində keçir. Qapılar qarşısında hələ real qol epizodu yoxdur.    
Oyun başladı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi