Nadir Qasımov: “Olimpik”lə oyundan sonra dedilər ki, istefaya göndərilirsən”

Nadir Qasımov: “Olimpik”lə oyundan sonra dedilər ki, istefaya göndərilirsən”
ÖLKƏ FUTBOLU 5 May 2009 / 19:50 2707
-  A +

“Olimpik”nən oyundan sonra rəhbərliklə görüşüm oldu. O zaman klub rəsmiləri mənə dedilər ki, artıq səninlə yollarımızı ayırırıq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Muğan”ın baş məşqçisi postundan istefaya göndərilən Nadir Qasımov deyib. Təcrübəli mütəxəssis bildirib ki, rəhbərlik qəbul etdiyi qərarla bağlı heç bir səbəb göstərməyib: “Dedilər ki, səni istefaya göndəririk, vəssəlam. Heç bir səbəb də göstərmədilər”.
Bununla belə, Nadir Qasımov “Muğan” rəhbərliyindən narazı olmadığını söyləyib: “İstefaya göndərilsəm də, “Muğan” klubunun rəhbərliyindən narazılığım yoxdur. “Bakılı”dan ayrıldıqdan sonra maddi durumum bir o qədər də yaxşı deyildi. Məhz bu kluba gələndən sonra maddi durumum yenidən qaydasına düşdü. Hər ay vaxtı-vaxtında məvacibimi alırdım”.


 

Daha çox


Son xəbərlər