Əmrah Çəlikəl: “Quzanlı stadionunda xoşagəlməz hadisələr bir daha təkrarlanmayacaq”

Əmrah Çəlikəl: “Quzanlı stadionunda xoşagəlməz hadisələr bir daha təkrarlanmayacaq”
ÖLKƏ FUTBOLU 5 May 2009 / 15:29 2375
-  A +

“AFFA-nın klubumuzu cərimələməsindən xərəbim var. Təbii ki, stadionda baş verən xoşagəlməz hadisələr bizi də çox məyus etdi”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri AFFA İntizam Komitəsi tərəfindən “İnter”lə oyunda azarkeşlərin intizamlısızlığı ucbatından “Qarabağ”ın beş min manat cərimə olunmasına münasibət bildirərkən, klubun icraçı direktoru Əmrah Çəlikəl deyib. Ə.Çəlikəl növbəti oyunlarda eyni halın təkrarlanmayacağına əmin olduğunu söyləyib: “Əminəm ki, növbəti oyunlarda eyni hal təkrarlanmayacaq. Ağdamın icra başçısı Həsən Sarıyevlə də bu haqda söhbətimiz olub. O təhlükəsizliyə tam cavabdehlik daşıdığını bildirib. Artıq sabahkı oyunda təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək. Asayiş keşikçiləri stadiona daha çox cəlb olunacaq. İnanıram ki, bu hal bir də təkrarlanmayacaq. Həm də düşünürəm ki, “İnter”lə matçda baş verən olaylar təhlükəsizlik əməkdaşlarının təcrübəsizliyindən irəli gəlirdi. Çünki biz uzun müddətdir ev oyunlarımızı keçirdiyimiz Suraxanı qəsəbə stadionunda polislər artıq bilirdilər ki, hansı oyunda necə işləmək lazımdır. Quzanlıda isə uzun zamandan sonra keçirilən ilk matç idi. Düşünürəm ki, onlar da bu oyunda təcrübə topladılar və “Bakı”yla matçda daha diqqətli olacaqlar”.

Daha çox


Son xəbərlər