"İnter"in futbolçusu rəsmən "Yuventus"da

"İnter"in futbolçusu rəsmən "Yuventus"da
XƏBƏR 5 İyul 2012 / 11:33 1803
-  A +

Son İtaliya çempionu "Yuventus" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi "İnter" klubunun müdafiəçisi Lusionu transfer edib.

Türkiyənin "Fənərbaxça" klubunun da transfer hədəfində olan braziliyalı futbolçu İtaliyada qalmağa qərar verib. Belədə, "İnter"lə müqaviləsini qarşılıqlı olaraq ləğv edən 34 yaşlı futbolçu "Yuventus"la rəsmi sözləşmə imzalayıb. Lakin müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, 2009-cu ildən "İnter"in şərəfini qoruyan Lusio keçirdiyi 96 oyunda cəmi 3 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq