Hacıyevski: “Bakı” heç bir çətinlik çəkməməlidir”

Hacıyevski:  “Bakı” heç bir çətinlik çəkməməlidir”
XƏBƏR 29 İyun 2012 / 13:30 2042
-  A +

"Bakı" klubunun sabiq baş məşqçisi Qyoko Haciyevski Bolqarıstan mətbuatına müsahibə verib. Qol.Az-ın məlumatına görə, o, keçmiş komandasının Avropa Liqasındakı şanslarını dəyərləndirib

- Bolqarıstan MOİK-i növbəti mərhələdə “Bakı” ilə qarşılaşa bilər. Sizcə, cütün favoriti kim olacaq?

- Həm Bolqarıstanda, həm də Azərbaycanda işlədiyimdən hər iki klubu yaxından tanıyıram. Təbii, MOİK-in beynəlxalq oyun təcrübəsi daha çoxdur. Lakin düşünürəm ki, onlar üçün “Bakı”ya qarşı oynamaq çox çətin olacaq. MOİK yalnız kağız üzərində favorit sayıla bilər. 

- “Bakı”nın əsas üstünlüyü nədir?

- “Bakı”nın o qədər də böyük tarixi yoxdur, gənc klubdur. Ancaq yaşına görə, yaxşı nəticələr qazanıb. Ən əsası, 2 dəfə Azərbaycan çempionu olub. Bundan başqa, bu klubun son illərdə gördüyü işlər, futbola qoyduğu investisiyalar, inşa etdirdiyi baza və stadionlar komandanın iddiasından xəbər verir.

- “Bakı”nın “Mura-05” səddini keçəcəyindən əminsiniz?

- Məncə, “Bakı” heç bir çətinlik çəkməməlidir. Çünki iddiasına, heyətinə və büdcəsinə görə, rəqibindən qat-qat üstündür.

- MOİK-in oyununu necə dəyərləndirərdiniz?

- MOİK Bolqarıstanın köklü klublarından hesab olunur. Son zamanlarda yaxşı futbol ortaya qoyurlar. Ancaq istənilən halda, “Bakı” ilə qarşılaşmalar çətin keçəcək. Rəqibi qiymətləndirməmək bu komandaya baha başa gələ bilər.


Qeyd edək ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Bakı” Sloveniya “Mura”sını keçəcəyi halda, Bolqarıstan təmsilçisi olan MOİK-lə qarşılaşacaq. Hacıyevskiyə gəlincə, o, 1993-cü ildə MOİK-in, 2007-2009-cu illərdə isə “Bakı”nın baş məşqçi olub. 2008-09-cu il mövsümündə “Bakı”ya çempionluq qazandırıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi