Avropa Liqasındakı klublarımızın növbəti mərhələdəki rəqibləri bəlli oldu

Avropa Liqasındakı klublarımızın növbəti mərhələdəki rəqibləri bəlli oldu
XƏBƏR 27 İyun 2012 / 17:21 2852
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq klublarımızın növbəti mərhələdəki rəqiblərinə də aydınlıq gəlib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı" klubu "Mura" (Sloveniya) səddini keçəcəyi təqdirdə Bolqarıstanın gümüş mükafatçısı CSKA (Sofiya) klubu ilə qarşılaşacaq.

Paytaxtın digər təmsilçisi "İnter" isə "Trans"la (Estoniya) dueldən qalib ayrılacağı halda Yunanıstanın "Asteras Tripolis" klubu ilə üz-üzə gələcək. Estoniyanın "Nomme Kalyu" klubunu mübarizədən kənarlaşdıracaq "Xəzər Lənkəran" isə II təsnifat mərhələsində "Lex" (Poznan, Polşa) - "Jetısu" (Qazaxıstan) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 19-26 iyul aralığında keçiriləcək. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi