Türk futbolçu "Barselona"ya doğru

Türk futbolçu "Barselona"ya doğru
XƏBƏR 27 İyun 2012 / 01:17 3512
-  A +

İspaniyanın "Barselona" klubunu heyətini türk əsilli futbolçu ilə gücləndirmək niyyətindədir.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi "Ştuttqart"ın müdafiəçisi Sərdar Taşçıya "elçi" düşüb.

"Barselona"nın baş məşqçisi Tito Vilanova komandanın müdafiə xəttində olan boşluğu aradan qaldırmaq üçün Taşçının transferində israrlıdır. "Ştuttqart"la 2014-cü ilə qədər müqaviləsi olan 25 yaşlı futbolçu da "Barselona"nın təklifini müsbət qarşılayıb.

"Barselona" rəhbərliyi isə Taşçının transferi üçün 10 milyon avrosundan keçməyə hazırdı. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə türk əsilli futbolçu yeni mövsümdən "Barselona"nın şərəfini qoruyacaq.   

Qeyd edək ki, Taşçı ilə "Yuventus", "Tottenhem", "Roma" və "Fiorentina" klubları da yaxından maraqlanır.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi