Zeynal Məmmədov: “Ən çətin rəqib bizə düşüb"

Zeynal Məmmədov: “Ən çətin rəqib bizə düşüb"
ÖLKƏ FUTBOLU 25 İyun 2012 / 18:25 3169
-  A +

“Bakı”nın baş meneceri  Zeynal Məmmədov Qol.Az-a müsahibəsində Avropa Liqasındakı rəqibləri olan “Mura 05”i (Sloveniya) dəyərləndirib.


- Dünən 4:0 hesabıyla məğlub etdiyiniz rəqibin bu gün Avropa Liqasında sizə rəqib olacağı yəqin ki, ağlınızdan keçməzdi...

- Düzü, hardasa gözlənilməz oldu. Amma bilirdik ki, potensial rəqiblərimizdən biri də “Mura 05”dir. Biz onların daha öncə “Maribor”la oyunlarına da baxmışdıq. Deyim ki, yoxlama görüşlərində daha çox əvəzedici komandalarının futbolçularını sınaqdan çıxardırlar. Bununla belə, hədəfimiz mərhələni keçməkdir. Əgər qarşımıza qrup mərhələsinə düşmək vəzifəsi qoymuşuqsa, nəyin bahasına olursa olsun, rəqibi məğlub etməliyik.

- Demək olar, “Bakı”nın püşkdə bəxti gətirdi?

- Bəli, mən də elə düşünürəm ki, Sloveniya klubu bizim üçün münasib rəqibdir.

- İlk oyunu Bakıda keçirəcəksiniz. Hazırlığınızın bundan sonrakı mərhələsini necə quracaqsınız?

- Bilirsiniz ki, tək biz yox, “Neftçi” və “İnter”də ilk oyunlarını Bakıda keçirəcəklər. Odur ki, istəyirik danışıq aparaq və ilk oyunu səfərdə keçirək. Onsuz da hazırda Sloveniyadayıq. Bir də Bakıya qayıdıb ilk oyunu oynamaq, təzədən yenidən Sloveniyaya gəlmək yol yorğunluğu olacaq. Yaxşı olardı ki, ilk oyunu elə burada oynayaq.

- Əgər razılıq əldə olunmasa, bu, sizin planlarınızı pozmayacaq ki?

- Mən sadəcə, yol yorğunluğunu nəzərdə tutub bu fikri dedim. Yoxsa, bizim üçün heç bir fərqi yoxdur ev, ya səfər. İstənilən halda hədəfimiz dəyişmir.

- Yəqin ki, ilk oyuna qədər yeni transferlər də olacaq...

- Artıq 3 transfer həyata keçirmişik və yenə də heyətimizi gücləndirəcəyik. Onsuz da hər mərhələni keçdikcə, siyahıya yeni futbolçunun adınl əlavə edə bilərik.
 
- “Bakı”nın prezidenti Hafiz Məmmədov da həmişə deyir ki, Zeynal Məmmədovun əli düşərlidir və həmişə o, gedəndə rahat rəqiblər düşür. Bu dəfə də belə oldu. Həqiqətən əliniz düşərlidir yoxsa, bütün bunlar sadəcə, bir təsadüfdür?

- (Gülür) Orasını özünüz fikirləşin də. İnanırsınız, püşkdən əvvəl hamıya demişdim ki, arxayın olun, heç bir narahatlıq keçirməyin, hər şey yaxşı olacaq. Ancaq deyim ki, bu dəfə bütün komandalarımıza asan rəqiblər düşdü və İnşallah hamısı da mərhələ keçər. Düzdür, baxsanız görərsiniz ki, reytinqə görə, ən çətin rəqib bizə düşüb. Ancaq bunun məsələyə heç bir dəxli yoxdur. Az öncə dediyimiz kimi, məqəsədimiz mərhələni keçməkdir və bunun da öhdəsindən gələcəyimizə inanıram.


Anar XANLAROV

Daha çox


Son xəbərlər