"Bakı", "İnter" və "Xəzər Lənkəran"ın rəqibləri bəlli oldu

"Bakı", "İnter" və "Xəzər Lənkəran"ın rəqibləri bəlli oldu
ÖLKƏ FUTBOLU 25 İyun 2012 / 16:18 7346
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının ilk iki təsnifat mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:30-da başlayacaq püşkatma zamanı Azərbaycan klublarının rəqibləri müəyyənləşib.

Son Azərbaycan kubokunun sahibi "Bakı" klubu artıq II deyil, I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu isə Azərbaycanın UEFA-nın klub reytinqində aşağı xala malik olması ilə bağlıdır.

Qol.Az-ın "Azerisport.com"a istinadən verdiyi məlumata görə, artıq klublarımızdan "Bakı"nın rəqibi müəyənləşib. Son ölkə kubokunun qalibi bu mərhələdə Sloveniyanın “Mura” klubu ilə qarşılaşacaq.

"İnter" klubu Estoniyanın “Trans”, "Xəzər Lənkəran" həmin ölkənin “Nomme Kalyu” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin ilk görüşləri iyulun 5-də, cavab qarşılaşmaları isə bir həftə sonra - ayın 12-də keçiriləcək.



5 iyul

“Bakı” (Azərbaycan) - “Mura” (Sloveniya)

“Trans” (Estoniya) - “İnter” (Azərbaycan)

“Xəzər Lənkəran” (Azərbaycan) - “Nomme Kalyu” (Estoniya)




Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi