Avropa Liqası oyunlarına hazırlığı Sloveniyada davam etdirən "Bakı" daha bir transfer reallaşdırıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Gürcüstan milli komandasının üzvü Giorgi Popxadze ilə 1 illik müqavilə imzalanıb.
Giorgi Popxadze 1986-cı ilin 25 oktyabr günündə anadan olub. Boyu 182 sm, çəkisi 80 kiloqramdır.
26 yaşlı gürcü müdafiənin mərkəzi və sol cinahında çıxış edir. Peşəkar karyerasına 17 yaşında Tbilisi “Dinamo”sunda başlayan Popxadze 5 il Danimarkanın “Vıborq” klubunda forma geyib. Daha sonra qısa müddətə yenidən vətəninə dönən və “Zestafoni”nin şərəfini qoruyan təcrübəli futbolçunun son klubu Avstriya “Şturm”u olub.
Popxadze son mövsüm Avstriya klubunun heyətində Avropa Liqasının qrup mərhələsində 5 oyunun iştirakçısı olub. Giorgi Gürcüstan millisinin heyətində 8 oyun keçirib. Popxadze son dəfə milli komanda formasını 3 həftə əvvəl Türkiyəyə qarşı yoldaşlıq görüşündə geyib.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı