“Bakı” futbol klubunda “U-15 liqa"nın final qarşılaşmasında baş verən hadisələrlə bağlı klubdaxili toplantı keçirilib. Qol.Az-ın "Bakı"nın saytına istinadən yaydığı xəbərə görə, klub prezidenti Hafiz Məmmədov oyundan sonra yaşanan neqativ halları pisləyib, bunun yolverilməz olduğunu nəzərə çatdırıb. Klubun rəhbərliyi tərəfindən bu hadisə ümumilikdə Azərbaycan futboluna yaraşmayan hal kimi qiymətləndirib.
Klub prezidenti uşaq və yeniyetmə futbolçularla təlim-tərbiyə işlərinin qeyri-qənaətbəxş səviyyədə olduğunu, bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsini vacib sayıb. Hafiz Məmmədov qeyd edib ki, “Bakı” futbol klubuna əxlaq normalarına riayət etməyən, ədəb-ərkan qaydalarını pozan və milli mentalitetimizə uyğun gəlməyən hərəkətlərə yol verən idmançılar lazım deyil. İstənilən futbolçumuz ən yüksək keyfiyyətlərə belə malik olarsa, ancaq yuxarıda sadalanan parametrlərə cavab verməsə, o oyunçu heç zaman “Bakı” futbol klubunun formasında meydana çıxmayacaq.
Klub prezidenti ölkəmizin bütün futbol klublarının bizim üçün doğma olduğunu, hamiya eyni gözlə baxdığını, Azərbaycan futbolunun inkişafı üçün çalışan bütün insanların bir amala xidmət etdiklərini vurğulayaraq, konkret halda U-15 liqasının oyununda münaqişə yaşanan “Bakı” və “Neftçi” klubları arasında heç bir problemin olmadığını, bu iki klubun daim dost və qardaş münasibətlərlə seçildiyini qeyd edib.
Hafiz Məmmədov klubun bütün yaş qrupları üzrə komandalarının üzvlərinə “fair play” prinsiplərinin aşılanması, etika normalarına ciddi şəkildə riayət edilməsinə xüsusui diqqət yetirilməsini tələb edib.
Toplantıda klubun icraçı direktoru Yaşar Seyidovun “U-15 liqa"nın final qarşılaşmasında yol verdiyi hərəkətlər müzakirə olunub. İcraçı direktorun hərəkətləri kəskin tənqid olunub, bunun yolverilməz olduğu diqqətə çatdırııb. Yaşar Seyidovun oyundan sonra yaranan vəziyyətdə emosiyalara qapılaraq səhv addımlar atması pislənib. Klub prezidenti Hafiz Məmmədov icraçı direktorun klubun formalaşmasında xidmətlərini, nöqsanlı hərəkətləri pis niyyət olmadan törətdiyini, klub kollektivin xahişini və onun səhvini dərk etməsini nəzərə alaraq Yaşar Seyidova şıddətli töhmət elan etməklə kifayətlənib.
Klub toplantısında mətbuat xidmətinin fəaliyyəti də geniş müzakirə obyektinə çevrilib. Hafiz Məmmədov xidmətin iş prinsiplərini analiz edərək, yer alan ciddi nöqsanlara toxunub. Xüsusən də, 7 iyun tarixində baş verən insidentlə bağlı klubun mövqeyini əks etdirməyən və klub prezidenti ilə razılaşdırılmamış rəsmi məlumatın klubun saytında yer alması Hafiz Məmmədov tərəfindən səhlənkarlıq və qeyri-peşəkarlıq kimi qiymətləndirilib. Bu məlumatın klubun rəsmi internet səhifəsi tərəfindən rəhbərliyin razılığı olmadan yayılması müəyyən olunmuş, buna yol verən şəxslər ciddi şəkildə cəzalandırılıb.
Yuxarıda sadalanan nöqsanların mövcudluğu klubun baş meneceri Zeynal Məmmədovun diqqətinə çatdırılıb və ona ciddi xəbərdarlıq edilib.
Hafiz Məmmədov yekunda xüsusi olaraq vurğulayıb ki, yaxın zamanlarda “Baghlan Group” şirkətlər qrupunun Avropa səviyyəsinə və standardlarına uyğun şəkildə yenidən formalaşması prosesi başa çatdırlıacaq. “Baghlan Group”un bir hissəsi olan “Bakı” futbol klubunun yeni strukturu da bu tələblərə müvafiq şəkildə təsdiq ediləcək və onun fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçiriləcək.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun