Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts aprelin 27-də "İdman Azərbaycan" kanalında efirə gedən "Premyer liqa" verilişinə gəlmədi. Qol.Az-ın məlumatına görə, proqramın qonaqsız olmasını verilişin aparıcısı Altay Əliyev məhz Foqtsun son anda gəlməkdən imtina etməsi ilə əlaqələndirdi. "Dəfələrlə müraciət etməyimizə baxmayaraq almaniyalı baş məşqçi bizim təkliflərimizi rədd edib. Hətta bununla bağlı Uelslə oyun başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədova da məlumat verdim. Son vaxtlar isə dəfəflərlə Mikayıl Nərimanoğlu bizə Foqtsu gətirəcəyini söz versə də, hər dəfə bu elə söz olaraq qaldı. Tez-tez xarici mətbuatda çıxışlar edən BİZiM BAŞ MƏŞQÇİmizin ətrafına dolanmaq belə müşkülə çevrilib. Foqtsun keçirilən oyunlar, hazırlıqlarla bağlı fikrilərini yalnız xarici mətbuatdan oxuya bilirik".
Son hadisə isə daha maraqlı olub. Qol.Az-ın müxbiri ilə söhbətində Elxan Məmmədovun "Foqts həmin gün rəsmi yeməyə dəvət almışdı" fikrinə Altay Əliyev belə aydınlıq gətirib. "Adəti üzrə yenə verilişdən əvvəl qonaqların dəvət olunması üçün planı tərtib edəndə Mikayıl Nərimanoğlu ilə əlaqə saxladım. O, Foqtsla ünsiyyətə girib, qısa müddətdə cavab verəcəyini bildirdi. Təbii ki, proqramın 1-ci gün qonaqsız olmaması üçün Nərimanoğludan qısa müddətdə cavab verməsini xahiş etdim. Tez-tez əlaqə saxlayıb vəziyyətlə maraqlandım. Hətta söhbətimizin birində Nərimanoğlu 99 faiz məsələnin həll olunduğunu söylədi. Və saat 19.03-də Foqtsun Almaniya səfirliyinin dəvətini qəbul etdiyini və şam yeməyində olacağı bildirildi. Və mən də qonaqsız qaldım. Sonra həftənin 3-cü gün verilişində 100 faiz Foqtsun gələcəyinə söz verilsə də mən etiraz etdim".
Altay Əliyev məsələni şişirtməyə ehtiyac olmadığını söylədi və vəziyyətdən təəssüfləndiyini qeyd etdi. "Aydın məsələdir ki, Foqts müstəqil adamdır və istədiyi adamla görüşə bilər. Lakin uzun müddətdir hətta AFFA rəsmilərinin də köməyi ilə tapa bilmədiyimiz Foqtsu yabançı jurnalistlər, səfirlik nümayəndələri istədikləri vaxt tapırlar".
Baş katib Elxan Məmmədovun "mənimlə birbaşa heç kim əlaqə yaratmayıb" fikrinə isə Altay bəy belə münasibət bildirib: "Hər halda qurumun mətbuat əlaqələndirici var və biz onunla təmasa girmişik. Elxan Məmmədovun onsuz yetərincə çox işi var və onu rahatsız etməməyi düşündüm".
P.S. Son anda əldə etdiyimiz məlumata görə Berti Foqts mayın 1-də ANS-in "Bol Futbol" verilişinin qonağı olacaq. Görəsən Azərbaycan milli komandasının oyunlarını yayımlayan, Premyer Liqanı geniş şəkildə təbliğ edən Dövlət Televiziyasının "İdman Azərbaycan" kanalına gəlməyən Foqtsu digər kanalın təklifini qəbul etməyə nə vadar edib?
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu