Əzimovla Məmmədovun görüşü baş tutmadı

Əzimovla Məmmədovun görüşü baş tutmadı
XƏBƏR 21 May 2012 / 14:30 1490
-  A +

“Bakı”nın baş məşqçisi Novruz Əzimovla klub prezidenti Hafiz Məmmədovun bu günə nəzərdə tutulan görüşü baş tutmayıb.

Qol.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb Məmmədovun işlərinin çoxluğudur. Məsələyə münasibət bildirən paytaxt klubunun Mətbuat və Marketinq Deportamentinin rəhbəri Nəriman Mehdiyev də məlumatı təsdiqlədi: “Bəli, baş məşqçi ilə bağlı məsələ açıq qalır. Bildiyiniz kimi, bu və digər məsələlərə klub prezidenti Hafiz Məmmədovun iştirakı ilə keçiriləcək klubdaxili iclasda aydınlıq gəlməlidir. Lakin hazırda Hafiz müəllimin işləri həddindən artıq çox olduğundan, iclasın konkret vaxtı bilinmir. Bununla belə, yaxın günlərdə bu, baş tutacaq”.

Qeyd edək ki, “Neftçi” ilə kubok matçının ertəsi günü Qol.Az-a açıqlamasında “Bakı”nın baş məşqçisi Novruz Əzimov  3 günə klub prezidenti Hafiz Məmmədovla görüşəcək lərini və baş məşqçi məsələsi ilə bağlı suallara aydınlıq gələcəyini demişdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi